Microsoft Hyper–V (3)

Microsoft  Hyper – V  Məqalələri  3.
Məqaləmizin üçüncü hissəsində Windows Server 2008 R2 üzərində Hyper –V2  xidmətinin necə aktivləşdirilməsinə baxacağıq. Hyper –V xidmətini aktivləşdirmək komputerinizə bir proqram yükləmək qədər asandır.

Məqalələrimizdə istifadə edəcəyimiz Serverin göstəriciləri:

1. CPU – İntel Xeon  E5540   2.53 gh (2 )
2. Memory  – 6 gb
3. Network Adapter – 2
4. System – Windows Server 2008 R2

Microsoft  Windows Server 2008 R2 – ƏS –ni yüklədikdən sonra .

1.Administrative  Tools altından Server Manager bölməsinə daxil oluruq.

2.Server Manager bölməsi altından Role  – Add  Role seçərək davam edirik.

3.Select Server Roles bölməsi altından   Hyper – V Seçərək davam edirik. Server 2008 –  ƏS -nə   yeni başalaynlar üçün onuda qeyd edim ki, Server 2008 -in xidmət göstərdiyi əsas funksiyalar Role bölməsi altında yer alır.Gördüyümüz bütün funksiyalar haqqında zamanla məqalələrimiz yayımlancaq.

4.Bu bölmədən Hyper -V -nin  Virtual Machine -ların üzərində xidmət göstərəcəyi Şəbəkə kartını seçib davam edirk.Aşağda kiçik bir xəbərdarlıq olunur ki bir ədəd şəbəkə kartını Uzaqdan idarə etmək üçün ehtiyatda saxlayaq.Microsoftun məsləhətini dinləsək yaxşı olar.

5.İnstall deyərək davam edirik. Yükləmə tamamlandıqdan sonra Hyper-V xidmətinin aktivləşməsi üçün Serverimizin Restart edilməsinə  dair bir xəbərdarlıq görürük.

6. Restart deyərək davam edirik.

7.İnstallation succeeded. Microsoft  Windows Server 2008 R2 üzərində Hyper-V -Rolu, sistemi  restart etdikdən sonra artıq xidmətə hazırdır.

Qarşıdakı məqalələrimizdə isə Hyper V2 ilə gələn yenliklərdən və Hyper V2 üzərində aparacağımız əməliyyatlardan danışacağam. İnanıram ki, bu məqalələrin  bizim insanlara  yararı toxunacaq.Hər kəsə uğurlar diləyirəm.

Fikir və rəyləriniz üçün www.ITBilikBazasi.net adresindən istifadə edə bilərsiniz.
Qaynaq:   www.Microsoft.com

Elgüc Yusifbəyli
_____________
MCT

Baxılıb :2775

2 comments

  1. Salamlar.
    Cox Gozel Meqaleler silsilesidir.
    Birce sualim var Requirements-de Memory 6Gb yazmisiniz bu DDR2 Yoxsa DDR3 tipli Operativ Yaddas qurgusudur?
    Bir qeder melumatsizam bu barede diqqeti celb etdi.Qerara geldim ki,sizden sorusum.
    DDR2 olduqda Motherboard-da gerek en azi 3 eded 2 GB liq DDR SLOT olsun.
    Amma mence DDR3 tipli olduqda 1 DIMM slota 4GB yerde qalan ikinci DDR3 DIMM Slotuna 2Gb liq bes eder.
    Eledirmi?Yoxsa yaniliram men?

    Onceden Tesekkurler.
    Hormetle Aliyev Elcin.

  2. Salam. Məqaləmizdə İstifadə edəcəyimiz Serverin Ramı sadəcə 6 gb-dir.Bizim avadanlıq üzərində DDR 3- dür.Burda əsas məsələ DDR2 -DDR 3 deyil.Misal HP DL 380 G6 192 Gb -ta gədər Ram dəstəkləyir. Yəni burda Ramin miqdarında asılı olaraq nizamlama dəyişə bilər. Mənim Virtuallaşdırma texnologiasında istifadə edəcəyim yeni Real Serverlərimdə Ram 32 gb-dir.Bu Serverin iş yükünə görə hesablanmalıdır.
    Misal: Ramları əlavə edərkən CPU-ya görədə nizamlama dəyişə bilər.DL 380 1 ədəd CPU olsa maximum 96 gb Ram əlavə edə bilərsən.Əgər 2 CPU olsa bu rəqəm 192 -yə qalxır.Qeyd etdiyim keçidlərdən istifadə edərək Serverlərdə Ramların necə nizamlandığı sizə tam aydın olacaq.

    http://h18004.www1.hp.com/products/quickspecs/13234_na/13234_na.html

    http://www.hp.com/go/ddr3memory-configurator

    Uğurlar

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.