Microsoft Hyper–V (4)

Hyper V –üzərində Vurtual Maşınların Yaradılması.
Bu məqaləmizdə Hyper V üzərində Virtual Maşınların (Virtual Machine) yaradılması haqqında danışacağıq. Microsoft  Windows Server 2008 R2 üzərində Hyper-V xidmətini aktivləşdirdikdən sonra Administrative  Tools bölməsinə Hyper-V Manager xidmətinin əlavə olunduğunu görəcəyik.

Hyper-V Managar üzərindən bir çox əməliyyatlar aparamaq mümkündür. Hyper –V xidmətindən tam yararlanmaq üçün gələcək məqalələrimizdə  System Center Ailəsinin Virtual Machine Manager  məhsulundan istifadə edəcəyik. Hyper –V üzərində yeni virtual maşın yaratmaq üçün aşağıdakı addımları izləyirik.

1. Hyper-V Manager altındakı Server adı üzərindən, sağ düymədən New – Virtual Machine seçərək davam edirik.

2.Virtual Maşınımızın adını daxil edib davam edirik. Store the Virtual Machine in a different location bölməsini aktivləşdirərək Virtual Maşınımızın datasını başqa bir bölmədə saxlaya bilərik.

3.Virtual Maşınımızın Ram dəyərini  Serverimizin yükünə görə nizamlayıb davam edirik.

4. Virtual Maşınımızın hansı Şəbəkə kartı üzərindən xidmət göstərəcəyini seçərək davam edirik.

5.Creat a virtual hard disk – Yeni virtual disk yaradırıq. User an existing  hard disk -Əvvəlcədən yaratdığımız mövcud diski seçərək daxil edirik. Attach virtual hard disk later -Hard diski sonradan əlavə et. Biz Creat a virtual hard disk seçərək davam edirik.

6. Qeyd etdyimiz bölmələrdə  ƏS -ni fiziki diskdən, iso faylından, virtual floppy diskdən və  şəbəkə üzərindən start edə bilərik.

7. Finiş-lə əməliyyatı tamamlayırıq.

8. Server 2008 Virtual Maşınımız xidmət göstərməyə hazırdır.Virtual Maşınımızı seçdikdən sonra sağ  tərəfdən Start düyməsilə sistemi aktiv moda keçirirk.

9. Server 2008 diskini daxil etmişiksə yüklənmə başlayacaq.

Hyper V –üzərində Vurtual Maşınların yaradılması haqqında məqaləmizin sonuna gəldik.İnanıram ki hər kəs üçün yararlı bir məqalə olmuşdur. Hyper -V haqqında məqalələrimiz davam edəcəkdir. Başqa bir məqalədə görüşmək diləyilə.

Fikir və rəyləriniz üçün www.ITBilikBazasi.net adresindən istifadə edə bilərsiniz.

Elgüc Yusifbəyli
_____________
MCT

Baxılıb :2180

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.