Sertifikatlar Haqqında

İT Sertifikatları  Haqqında.

İT dünyasının  sürətlə inkişaf etməsi öz bərabərində inkişaf etmiş İT Mühəndislərinə tələbatı artırmışdır. İT sahəsində Sertifikatlara önəmli dərəcədə yer verildiyi üçün Sertifikatlı Mühəndislərədə iş dünyasında daha çox yer verilməkdədir. Bu da bir sözlə rəqabət və keyfiyyəti artırmışdır. Dünyada bir çox böyük şirkətlər və qurumlar tərəfindən sertifikatlar verilməkdədir.Demək olar ki, bunlar arasında İT sahəsində ən çox tanınan Microsoft və Cisco şirkətləridir.

Microsoft Sertifikatları haqqında.

Microsoft dünyada sistem sahəsində ən böyük bazara sahibdir. Microsoft sertifikatlarını iki yerə ayırmaq olar.Sistem və Proqramlaşdırma.

Sistem üzrə mütəxəssis: Bu sahə üzrə mütəxəssislər   server, şəbəkə sistemləri üzrə hazırlıq görmüş kadırlardır.Bir firmada system və şəbəkəyə nəzarət edə bilərlər.

Proqramlaşdırma üzrə mütəxəssis: Microsoft .NET üzrə yüksək dərəcə inkişaf etmiş mütəxəsisslərdir.

MCP – Microsoft Certified Professional

MCSA – Microsoft Certified Systems Administrator

MCSE – Microsoft Certified Systems Expert

MCAD – Microsoft Certified Application Developer

MCSD.NET – Microsoft Certified Solution Developer

MCDBA – Microsoft Certified Database Administrator

MCSE – ünvanları

Systems Analyst
Systems Engineer
Systems Manager
Network Engineer
Network Administrator
Network Analyst
Network Technician
Project Leader
Project Manager
IT Manager
Network Security Manager
Information Technologie Engineer
Information Systems Administrator
Technical Consultant
MCT (Microsoft Certified Trainer)

Cisco Sertifikatları haqqında.

Dünyada şəbəkə sistmlərinin ən təhlükəsiz və güvənilir şəkildə idarə olunmasında isitfadə olunan və bir sözlə şəbəkə sistemlərinin özəyinin 80% dən çoxunu təşkil edən Cisco şəbəkə avadanlıqlarıdır. Cisco sistemləri dünyada yüksək keyfiyyətinə və təhlükəsizliyinə görə seçilir.

CCNA – Cisco Certified Network Associate

CCNP – Cisco Certified Network Professional

CCSP – Cisco Certified Security Professional

CCDA – Cisco Certified Design Associate

CCDP – Cisco Certified Design Professional

CCNA-CCNP ünvanları

Network Expert
Network Administrator
Network Security Manager
Project Leader
Project Manager
Technical Consultant
IT Administrator
IT Manager

Bundan başqa Linux , Oracle , Sun , HP , İBM , Fortinet ,  və başqa sistemlər üzrədə sertifikatlar mövcuddur.Dünyada İT üzrə belə çox firma və qurumlar mövcuddur. Mən sadəcə burda qısa olaraq bəzi Serifikatlar haqqında məlumat verdim.Məqsədim azda olsa İT dünyasına yeni qədəm qoymuş dostlarımızı  bilgiləndirmək.

Elgüc Yusifbəyli

İT Specialist

____________________________

Müəllif hüquqları qorunur.

Not: Saytda Qeyd olunan Məqalələr müəllif adı və sayt adresi qeyd olunaraq başqa saytlarda paylaşıla bilər

Baxılıb :45076

56 comments

  1. Təşəkkür məlumata görə.
    Amma nədənsə Azərbaycanda da Bu Tipli Sertifikatların alınması üçün müvafiq yerlərə müraciet etdikdə qiymətlər od tutub yanır.
    Məhz buna görə də zəif inkişaf hiss olunur yeni istedadlı kadrların ortaya çıxarılmasında.

  2. Salam.Heç narahat olmağına dəyməz.Çunki son vaxtlar əksər tələbələr dump-lardan oxuyub imtahandan keçir.Bu da həqiqi Sertifikat alan mütəxəssislərimizi bir az çətinliyə salır.Amm iş əsnasında təcrübə öz sözünü deyir.Ən əsas təcrübə toplamaqdır.
    Əgər bir çətinliyiniz olsa bacardığım qədər suallarınızı cavab verməyə çalışaram.

    Uğurlar

  3. Hey, nice post, really well written. You should write more about this.

  4. Çox sağ ol Elgüc qardaş.
    @Jammie Gibboney
    You are Welcome;)

  5. Sagol mene de ele bu lazim idi.Hamisini yazmisan cox genis sekilde.Tesekkurler.

  6. Elave pul odemeye ehtiyac yoxdu axi.Siz imtahana online qeydiyyat edib pulsuz imtahana gire bilersiz.Yalniz imtahanin pulunu odeyeceksiz tebii ki.Xarici Diller Universitetinde hec bir elave odeniw etmirsiz.Amma softline sehv etmiremse elave alir.

  7. Salam. Bes imtahanlari harda vermek lazimdir?

  8. salam,mən bu sertifikatları özüm hec bir hazırlığa getmədən özüm ala bilərəm?məsələn planım birinci MCTS statusu.server 2008 və CCNA sertifikatını aılmaqdır.materiallar məndə var.oxuyub ala bilərəm?mümkünsə mənə kömək edəsiniz.

  9. Salam. Mənə maraqlıdır Microsoft sertifikatları almaq üçün imtahanın qiyməti Azərbaycanda da 80 dollardır?

  10. Salam Namiq bəy!

    İmtahanlar üçün Educat.az saytından geniş məlumat ala bilərsən. Azərbaycanda rəsmi yerlər var amma mən 2006-cı ildən AIC Group-da imtahan verirəm.

    Uğurlar.

  11. Xoş gördük Samir bəy!

    Kredit kart vasitəsilədə http://www.prometric.com/ Microsoft imtahanları üçün qeydiyyatdan keçərək Azərbaycandakı rəsmi mərkəzlərin birində imtahan verə bilərsən. Sayta baxdım 80 $ imtahanların qiyməti. Sertifikat almaq üçün kurslara getməyə ehtiyac yoxdur özün çalışaraq yaxşı nəticə əldə edə bilərsən. Kursa getmək sənin imtahanlara hazırlıq və təcrübə qazanmaq imkanlarını sürətləndirəcək.

    Uğurlar.

  12. salam bu microsoft sertifikatin almaq ucun hara getmek lazimdir neymeke lazimdir neleri oyrenmek lazimdir ? materiallari hardan tapmaq lazimdir ? xahis edirem etrafli sekilde melumat vere bilersiniz ?

  13. Salam Ferid.
    1. Microsoft Sertifikatlarini əldə etmək üçün (yəni imtahanda iştirak etmək üçün) Azərbaycanda rəsmi qurumlar var. Educat və yaxud Softline ola bilər. Server 2008 və s. öyrənə bilərsən. Microsoftun bu sahədə çox geniş profili var. Proqram, sistem, database və s. profillər üzrə sertifikatlar mövcuddur. Bu sizin seçiminizdən asılı olaraq dəyişə bilər.
    2. Əgər orta səviyyədə Microsoft biliklərinə sahibsənsə imtahnlara hazırlaşıb yaxşı nəticə toplaya bilərsən. Material nə ehtiyacdırsa mən təmənnasız təmin edə bilərəm sizin üçün.
    3. Texniki kurslardan yararlanmaq istəsən bizim kurslara gələ bilərsən. İmtahnlara isə testlərdən yararlanaraq hazırlaşa bilərsən.
    Uğurlar

  14. Salam Elgüc bəy.
    Mən sizin saytın qeydiyyatdan keçməyən ancaq daimi istifadəçilərindən biriyəm.
    İlk öncə dəyərli məlumatları bizimlə bölüşdüyünüz üçün sizə təşəkkür edirəm.

    Sizdən bir şeyi rica etmək istəyirəm.
    Mən Cisco üzrə hazırlaşıram,ancaq bir müəllim kimi məni istiqamətləndirən bir insan yoxdurvə ən əsası az çox örgəndiklərimi praktikada tətbiq etmək istəyirəm.
    Sizə də müraciətim bununla bağlıdır
    Əgər mümkünsə istiqamətləndirici və praktikada fiziki cihazlar üzərində tətbiq edən müəllim olaraq məni örgədə bilərsinizmi?
    Təşəkkürümü bildirirəm.

  15. Xos gorduk Taleh bəy. Qeyd etdyiniz e-maildən sizə mobil nömərmi daxil olmaqla əlaqə saxlamağın üçün məlumatları gönədərdim. Mən tərəfdən ehtiyac olan bütün dəstəyi göstərməyə hazıram. Təki bizim Azərbaycanımızın övladları sənin kimi iradəli və gələcəyə doğru inkşaf üçün mubariz olsun.

    Uğurlar.

  16. Salam Elguc bey.men server 2008 uzre hazirlshiram.amma lazimi meterialim yoxdur.mumkundurse mene bu barede komey etmeyinizi xahish ederdim..teshekkurler..

  17. Salam Elşən bəy. Qeyd etdiyim keçiddən bir çox material əldə edə bilərsiniz. Əgər başqa bir çətinlik olsa dəstək olmağa çalışacağam. Uğurlar.

    http://fullazportal.com/microsoft

  18. Hörmətli Elgüc bey.əvvəlcə köməyinizə görə sizə minnətdarliğımı bildirirəm.birde mümkünsə mənə sertifikat almag üçün ne etməli olacağımı hansi imtahanları vermeli olacaöğımı ve birde imtahanların hansı mövzuları əhatə edəcəyi barədə etraflı məlumat vermeyinizi xahiş edirem..

  19. Birdaha salam. Elşən bəy əgər hazırda Microsoft sahəsində sertifikat imtahanlarından heç birini vermədinizsə. Mənim düşüncəmə görə bu ilin sonuna qədər gözləyin. Windows Server 8 çıxmaq üzrədir. Yəni daha yaxşı olar Server 8 üçün hazırlaşasınız. 2008 – ilə əlaqədar texniki biliklərinizi təkmilləşdirin. Yoxsa birdə upgarade etmək məcburiyyətində qalacaqsınız. Əsas bilik və bacarıqdır. Birdə son olaraq məsləhət görürəm Virtuallaşdırma sahəsinə ciddi meyl göstərsiniz. Bazar artıq özünü orda göstərir. Ciddi tələbat var. Uğurlar.

  20. Birdaha salam.yene komeyinize ehtiyacim var,Elguc bey.KERIO WINROUTE FIREWALL haqqindadi.ne qeder axtariram inetden lazimi melimatlari tapa bilmirem.eyer elinizde bu barede melumat varsa zehmet olmasa mene komey eleyerdiz..tehsekkurler..

  21. Salam Elşen Kerionun səhifəsindən user manulallar var olari yüklə çox ingiliscə bilməyə gərək yoxdur. Sənə lazımlı məlumatlar orda var.

  22. Salam Elgüc bəy. Yuxarida qeyd etdiyiniz materialları sizdən necə əldə etmək olar? Bir də mənə hazırkı imtahan materiallarının kodları lazımdı.

  23. Salam @Rauf bəy hansı materillar sizin üçün maraqlıdır və hansı profil üzrə imthanlara hazırlaşırsınız ?

  24. Mən System Administratoru üzrə hazırlaşmaq istərdim. Mən bu profil üzrə mövzuları (sualları) əldə etmişəm, yəni hansı istiqamətdə olması mənə məlum olsa da amma öyrənmək üçün dərs vəsaitlərim yoxdur. Mövzuları sizə yazıram kodları ilə:

    6419 B Configuring, Managing and Maintaning Windows Server 2008-based Servers

    6425 Configuring and Troubleshooting Windows Server 2008 Active Directory Domain Services

    6426 Configuring and Troubleshooting Identity and Access Solutions with Windows Server 2008 Active Directory

    6421 Configuring and Troubleshooting a Windows Server 2008 Network Infrastructure

    6433 Planning and Implementing Windows Server 2008

    10135 Configuring, Managing and Troubleshooting Microsoft Exchange Server 2010

    50357 Implementing Forefront Threat Management Gateway 2010

    Mənim fikrimcə bu mövzularla hazırlaşmalıyam. Yaxşısını siz bilərsiz bəlkə də əlavə və ya bunların içində artıq nəsə var. Diqqətiniz üçün təşəkkür edirəm.

  25. Salam @Rauf bəy. İngiliscə dərs vəsaitləri sənin üçün yetərli olacaqsa aşağıdakı adresdən bir çoxunu əldə etmək imkanın var.

    http://fullazportal.com/microsoft

    Birdə təklif edirəm əgər imtahanlara hazırlaşmağa başlmadınsa Server tərəfini saxlayıb. Exchange 2010 imtahanlarına hazırlaş Server 8 çıxmaq üzrədir bir il gec girmək daha effektiv olar. Gələcək illərdə birdə Server 2008-dən Server 8-ə sertifikatlar üçün upgrade etməyəsən. Uğurlar

  26. Etrafli melumat ucun teshekkurler, cox sag olun

  27. Azərbaycan türkcəsində melumatlar daha elverishli olardi ne etmek olar ki, amma. Nedense burda NAT, VPN ve s. bu tipli meqalelere rast gelmirem burda

  28. Salam Rauf. Saytda Vpn haqqında məqalə var. Məqalə yazmaq həqiqətən çox asan iş deyil. Ən mühüm məsələ vaxt qıtlığıdır. Yaxın zamanlarda saytda bu tipli məqlələr mövcud olacaq. Uğurlar

  29. Salam Elguc mellim neye dersler keceirsiz men isterdim server orenmek yeni dersler yene kecilir

  30. Salam Elgüc müəllim men Windows server 2008 oyrenmek isteyirem İngilis dilinde zeif bilirem (rus dilinde ela) Kompyuterden anlayishim yaxshidir Eqer siz bu proqram üzrə ders deyirsinizse öyrənmək istəyərdim mümkünsə email-mə mob tel nomresini göndərərdiniz men zenq ederdim
    Hörmətlə Rəşad
    email: xeopsr@rambler.ru

  31. salam Elgüc bey, sizin komeyinize ehtiyacim var hal hazirda IT sahesinde isleyirem ancaq cisco sistemleri proqram teminati ve avadanliqlari haqqinda melumatim cox azdir buda isimde mene cetinlikler yaradir, mene istiqamet vermeyi ve hansi materiallardan istifade etmeti tovsiyye etmeyi sizden xahis edirem, mumkunse telfon nomrenizide mene gonderin sizinle elaqe saxlayim, Tesekkur edirem

  32. Salamlar Etibar bəy,

    Cisco tərəfdə Sybex materilları daha yaxşıdır. E-mailinizə əlaqə nömərmi göndərdim. Yardımçı olmağa çalışacağam. İşlərinizidə uğurlar.

  33. Cox sag ol Elguc bey tesekkur edirem

  34. Salam elguc bey.mene cisco kurslari oyrenmek lazimdi.maraqlansamda dolgun melumat ve anlayiwlara sahib ola bilmirem.bu kurslara hazirliq ucun munasib yer bilirsinizse xaiw edirem komeklik gostererdiz

  35. salam Yusif bey . men cisco sertfkatini almaq isteyirem . mene hazirlawmaq ucun elektron kitab gondere bilersiz

  36. Salam, mən ilk juniper-ə hazırlaşıram. Yeni oxuyuram. Bakıda juniper sertifikatını necə almaq olar? Hazırlaşdıran kurs tanıyırsınız?

  37. salam aleykum.men bunlardan hansini oyrenim ki yaxsi is tapa bile bilim? ve nece hardan oyrenim eger siz oyredeirsizse nece elaqe saxlayim sizinle xahis olunur meni yonlendiresiz Elguc bey 🙂

  38. İlyas bəy,
    Aşağıdakı keçiddən əldə edə bilərsiniz kitabı. Kitab türkcədir.

    http://otodidak.freeserver.me/iso/file.uluxanli.me/Cisco/Main%20book/CCNAX%20-%20TR.pdf

    Uğurlar

  39. Ayaz bəy,

    Juniper sertifikalarına hazırlıq üçün rəsmi tandığım yer yoxdur. Amma sertifiaktlara hazırlasdıqdan sonra istənilən test mərkəzində (http://www.pearsonvue.com/junipernetworks/) imtahan verə bilərsiniz.

    Uğurlar

  40. The Crown,

    Yaxşı iş tapmaq üçün bunlardan hansını öyrənməyiniz yox daha çox hansını qavraya biləcəyiniz çox önəmldir. Mən əsasən Microsfot məhsullarının tədrisi ilə məşğul oluram. Bu məsələ ilə bağlı Oktaybr ayında müraciət edə bilərsiniz. Yeniliklər saytda dərc olunacaq.

    Uğurlar.

  41. Elguc Yusifbeyli Qavramaga yaxsi qavrayirammene prespektivli ve gunumuzde daha cox istifade olunan lazimdi.sizinle nece elaqe saxlaya bilerem? men artiq oyrenmekisteyirem vaxt itirmeden xahis olunur menimle elaqe saxlayin Evvelceden tesekkurler (crownofthew@yahoo.com poctam )

  42. Sizə e-mail göndərdim.
    Uğurlar.

  43. Salam Elguc bey ilk nobede etrafli melumatlarina gore Size oz tesekkurumu bildirirem.

    Bildirmek isteyirem ki, men is zamani windows serverde cuzude olsa bezi isler gorurem , amma windows serveri tam oyrenmek isteyirem . Xahis edirem mene komek edesiniz materiallari azeri dilinde yada ingilis dilinde olsa yaxsi olar. Mumkun olsa, materiallar Sizde varsa eger, Xahis edirem seymurts@gmail.com elektron poctuna gonderesiniz.

  44. Elgüc Yusifbəyli, Salam eleyke , bagiwlayin , Men cisco CCNA uzre imtahan harda vere bilerem ? (rus dilinde kecrilir yoxsa ingilis ?) . Birde CCNP rus-dilinde kurslari varmi ? hardan oynere bilerem ? Hormetle.

  45. Anar Həmidli

    Salam Elgüc bəy.
    Qardaşım bu il AzDİU-nin İT və sistemləri mühəndisliyini bitirib. İxtisasına uygün olaraq hansı sertifikatlari üzrə hazırlaşmalıdır. Mümkünsə hazırlaşacağı dərs vəsaitlərinin azərbaycan və ya türk dillərində olan materiallarla təmin edilməsinə köməkli edəsiniz.

  46. Salamlar Yunis bəy,

    Person Vue : Azerbaijan University of Languages, Caspel, AIC Group.

    http://yusifbeyli.com/2014/10/microsoft-sertifikatlari-haqqinda/

    İmtahanlara ingilis dilində daxil olmağınız məqsədəuyğundur. CCNP-nin rusca kursları haqqında açıqcası məlumatım yoxdur.

    Uğurlar arzu edirəm.

  47. Salamlar Anar bəy,

    İxtisasına uyğun olaraq deyərəkən açığı sevdiyi sahənin sertifikatlarına hazırlaşmağı məqsədə uyğundur. İT sahəsi geniş olduğu üçün müzakirəsiz bu məsələyə uyğun istiqamət göstərməkdə çətinlik çəkərəm. Ümumiyyətlə mühəndislik fakultələri proqramlaşdırma, məlumat bazaları tərəfində daha çox tədris verdiyi üçün, əksər vaxtlarda həmin fakultlələrin tələbləri proqramlaşdırma, məlumat bazaları istiqamətinə yönəlir və yaxud şəbəkə, sistem mühəndisliyini seçir. Qeyd etdiyimi kimi bu sahə genişdir.Əgər Seminar və yaxud uyğun muhitdə görüşərəsək ümumi müzakirə edib nəticə çıxarmaq mümkündür.

    Uğurlar arzu edirəm.

  48. Salam Elgüc Bey. Ətraflı məlumatlar üçün təşəkkürlər! Sizinlə necə əlaqə saxlamaq olar? Kurslarla bağlı məsləhət almaq istəyirəm.

  49. Ilqar bəy,

    Mən təşəkkür edirəm. Kurslarla bağlı http://www.edutech.az saytından ətraflı məlumat əldə edə bilərsiniz.

    Uğurlar

  50. Salam Elgüc bəy.Proqramlaşdırma imtahanı üçün dərs vəsaitlərini emailime göndərə bilərsiz zəhmət olmasa.

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.