Microsoft Hyper–V (1)

Microsoft  Hyper – V  Məqalələri  1.

Dünya İnformasiya bazarında günü-gündən inkşaf edən  Virtuallaşdırma texnologiyası bir çox böyük şirkətləri bu sahədə yeniliklər etməyə təhrik etdi.Bu sahədə öz addımlarını atan Microsoft Şirkəti Virtuallaşdırma sahəsində bir çox yeniliklər etdi.Bunlardan bəzilərinə qısa olaraq göz atsaq.

1.    Microsoft Virtualization for the Datacenter (Hyper-V)
2.    Microsoft  Application Virtualization
3.    Microsoft virtualization for the Desktop
4.    Microsoft virtualization solutions for the Cloud
Qeyd etdyimiz  mövzular haqqında portalımızda əlavə məqalələr yayımlancaq. Məqaləmizin birinci bölməsində Hyper-V –nin sazlanması haqqında sizlərə məlumat verməyə çalışacağam.Windows Server 2008 –ilə gələn  Hyper-V, Windows Server 2008 R2 –ilə bəzi ciddi dəyişikliklər və əlavələr olunaraq bazarda öz yerini aldı. Biz məqalələrimizdə  Windows Server 2008 R2 istifadə edəcəyik.

Hyper-V -nin Arxitekturası

Hyper-V R2 dəstəklədiyi platforma

Microsoft  Hyper-V  Server 2008 R2 – Microsoft-un Stand-Alone məhsuludur.Yəni Hyper –V  sıfırdan ƏS (Əməliyyat Sistemi)  kimi qurulur. Ən gözəl xüsusiyyəti pulsuzdur. Microsoft-un saytndan hər kəs yükləyib istifadə edə bilər.Kiçik müəssisələr üçün uyğundur.
Windows Server 2008 R2 Standard – Windows Server 2008 R2 Standard üzərində Hyper –v bir xidmət  olaraq sazlanır.Bəzi məhdudiyyətlər vardır. Kiçik və Orta  müəssisələr üçün uyğundur.
Windows Server 2008 R2 Enterprise və Datacenter – Windows Server 2008 R2 Enterprise və Datacenter  üzərində Hyper –v bir xidmət  olaraq sazlanır.Heç bir məhdudiyyət yoxdur.Tam xidmət göstərir. Orta və Böyük müəssisələr üçün uyğundur.

Qeyd: Windows Server 2008/R2 Core üzərinədə Hyper – V yükləyə bilərik


Hyper – V x86 və İtanium platformasını dəstəkləmir. Hazırda x64 bitlik İntel -VT və AMD-V texnologiyasından istifadə edir.Amma Hyper-V üzərindəki Hostlarımız x86 və x64 bit ola bilər

Microsoft Hyper -V ilə rəsmi olaraq ilk dəfə kodlarının bir hissəsini  Linux dəstəkləyən rəsmi şirkətlərə açdı.Bildiyimiz kimi Microsoftun platforması gizlidir.Hyper -V tərəfindən dəstəklənən Linux ƏS

*      SUSE Linux Enterprise Server 10 with Service Pack 1 (x86 Edition or x64 Edition)
*      SUSE Linux Enterprise Server 10 with Service Pack 2 (x86 Edition or x64 Edition)
*      SUSE Linux Enterprise Server 11 (x86 Edition or x64 Edition)
*      Red Hat Enterprise Linux (RHEL) 5.2, 5.3 and 5.4 (x86 Edition or x64 Edition)

Qeyd edim ki Hyper -V üzərində hazırda qeyri -rəsmi olaraq başqa ƏS -lər istifadə oluna bilər.

Amma burda əsəs məqam odur ki, hər hansı bir nasazlığa görə dəstəklənməyən sistemlər üçün texniki xidmət ala bilməyəcəksiniz.

Hyper -V Supported Guest OS  (Rəsmi dəstəklədiyi ƏS)

http://www.microsoft.com/windowsserver2008/en/us/hyperv-supported-guest-os.aspx

Windows Server 2008 R2 -nin dəstəklədiyi avadanlıqların siyahısına Microsoftun rəsmi saytından http://www.windowsservercatalog.com/ baxa bilərsiniz.Bizim  Hyper –V  Hp Server  üzərində xidmət göstərəcəyi üçün HP Server üzərində bəzi kiçik dəyişikliklər edəcəyik.

Elgüc Yusifbəyli
_____________
MCT

Baxılıb :3391

One comment

  1. Məqalələr üçün təşəkkür edirəm Elgüc müəllim.Hyper V ilə sizin saytda tanış olduq.Davamını səbirsizliklə gözləyirik.

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.