Microsoft Hyper–V (2)


Microsoft  Hyper – V  Məqalələri  2.
Məqaləmizin ikinci hissəsində Windows Server 2008 R2 üzərində Hyper –V2  xidmətini aktivləşdirmədən öncə  Serverlərimiz üzərində bəzi dəyişikliklər edəcəyik. İlk məqaləmizdə qeyd etdiyimiz kimi Hyper –V yükləncək  fiziki Serverlərimizin  CPU-paltforması  İntel -VT və AMD-V  texnologiyasını dəstəkləməlidir. Qısa olaraq bəhs etmək istəsək  İntel -VT və AMD-V  – Virtuallaşdırmanı (Virtualization ) dəstəkləyən CPU – platformasıdır. Geniş məlumat üçün İntel (www.Intel.com)  və  Amd (www.Amd.com ) -nin rəsmi səhifələrindən hansı CPU-platformasının viruallaşdırma dəstəklədiyinə baxa bilərsiniz.

Microsoft və HP tərəfindən avadanlıqlar üçün  göstəricilər.

Microsoft


HP

İlk öncə Serverlərimizdə  BİOS – bölməsinə daxil oluruq və aşağıdakı addımları izləyirik.

Proliant Serverlər üzərində İntel CPU -lar üçün  Biosun Nizamlanması.

1.F9  düyməsilə RBSU (ROM-Based Setup Utility) daxil oluruq.
2. Advanced Options bölməsinə  keçirik.

3.Advanced Options bölməsindən Processor Options bölməsinə daxil oluruq.

4. No-Execute Memory Protection bölməsinə daxil olub , Enable edirik.


5.Sonra İntel(R) Virtualization Technology bölməsinə daxil olub Enable edirik.

7.Əgər Serveriniz Hyper -Threading Texnologiyasını dəstəkləyirsə, Hyper-Threading bölməsinə daxil olub Hyper-Threading xidmətini Disable edin.

8.ESC düyməsini daxil edirik  və   F10 düyməsilə addımlarımızı tamamlayırıq.

Proliant Serverlər üzərində Amd CPU -lar üçün  Biosun Nizamlanması.

1.F9  düyməsilə RBSU (ROM-Based Setup Utility) daxil oluruq.

2. Advanced Options bölməsinə  keçirik.

3.Advanced Options bölməsindən Processor Options bölməsinə daxil oluruq.

4. No-Execute Page-Protection bölməsinə daxil olub , Enable edirik.

5.Sonra AMD Virtualization bölməsinə daxil olub Enable edirik.

6.ESC düyməsini daxil edirik  və   F10 düyməsilə addımlarımızı tamamlayırıq.

Bu əməliyyatları tamamladıqdan sonra artıq Serverlərimiz Hyper – V üçün xidmət göstərməyə hazırdır. Başqa bir məqalədə görüşmək arzusu ilə.

Qayanq: www.HP.com  www.Microsoft.com

Elgüc Yusifbəyli
_____________
MCT

Baxılıb :2669

One comment

  1. Elguc mellim yaxwiki bulari yerlesdirmisiz sayta.Cox komeyime catir.Tesekkur edirem.

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.