Windows Server 2012 R2: AD DS Məqalələri -3

AD DS (Domain Controller)– PowerShell üzərindən sazlanması:

AD DS  haqqında söz açıdığmız ilk mövzumuzda GUİ üzərindən əməliyyatları gerçəkləşdirdik. Təcrübəm əsasında qeyd edim ki, əvvəlki Əməliyyat Sistemlərində bu proses daha sadə şəkildə həyata keçirilirdi. Demək olar ki, Windows Server 2012 ilə GUİ  vasitəsilə qurulum daha çox səbr tələb edir. Biz bu addımları PowerShell üzərində daha rahat, sürətli həyata keçirə bilərik. Tələb olunan şərtlər çox sadədir. Ehtiyac olan PowerShell əmrlər toplusunu hazırlayıb arxivimizdə saxlamaq. GUİ üzərindən yazılmış mövzumuza nəzər yetirdikdə iki hissədən ibarət olduğunu görürük. Eyni qayda əsasında aşağdakı misala diqqət yetirək.

 Xatırla: Ilk mövzumdakı qaydada DNS tənzimləmərini unutmayaq.

 1. AD DS və ehtiyac olan alətləri yükləyirik (Mərhələ 1). Get-WindowsFeature əmrini icra edərək qurulcaq xidmətin adını dəqiq təyin edə bilərik. PowerShell üzərində icra olunacaq əmrin doğru yazılışı Name bölməsi altında yerləşir. Bu sahədə yeni  addımlayanların həmin hissəni yadda saxlaması faydalı olacaq.

  •  Install-WindowsFeature AD-Domain-Services –IncludeManagementTools

AD-DS-PowerShell-Install-01

2. Bu addımda isə AD DS xidmətinin qurulumunu tamamlayırıq. Misalda Yusifbeyli.com adından yararlanırıq. Əmrlərin düzlüşünə diqqət yetirən zaman GUİ üzərindəki əməliyyatların arxa planı ilə rastlaşırıq. Hansı ki, biz bu əmrləri ilkin qurlum zamanı əldə etmişik. FFL, DFL dəyişmək mümkündür (Win2003, Win2008, Win2008R2, Win2012).

  • Install-ADDSForest -DomainName Yusifbeyli.com -CreateDNSDelegation:$False -DataBasePath “C:\Windows\NTDS” -ForestMode Win2012R2 -DomainMode Win2012R2 -DomainNetBiosName yusifbeyli -LogPath “C:\Windows\NTDS” -SysvolPath “C:\NTDS\Sysvol”

AD-DS-PowerShell-Install-02

3. AD DS xidmətinin yüklənməsi tamanlanmışdır.

AD-DS-PowerShell-Install-03

PowerShell əmrlərinin əməliyyatları nə qədər sadələşdirdiyinin şahidi olduq. Bu tip əməliyyatlar üçün ən uyğun yöntəmdir.

Qaynaq: Windows Server 2012 R2: Active Directory E-Kitab 1-ci hissə

Baxılıb :1763

One comment

  1. Cox sade ve anlasilan meqaledir cox saq olun hocam

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.