Transitioning Doman Controller -FSMO (2008-2012)

Domain strukturunun daşınması ilə əlaqədar əvvəlki iki məqaləmizdə geniş məlumat vermişdik. Struktur deyərkən nəzərdə tutduğumuz əvvəlki adı ilə FSMO (Flexible Single Master Operations) yəni Operations Master rollarının yeni Domain Controller üzərinə daşınamısıdır. Mövcud məqalələrimizdə biz bu addımları Qrafik İnterfeysdən həyata keçirmişdik. Bu günki məqaləmizdə rolların daşınmasını CMD üzərindən əmrlər vasitəsilə reallaşdıracağıq. Kiçik bir qeyd əlavə etmək istəyirəm ki, seizing əməliyyatı ilə transfer əməliyyatını qarışdırmayaq. Bu əməliyyatlar haqqında ətraflı məlumat əldə etmək üçün aşağdakı keçidlərdən yararlana bilərsiniz.

Active Directory Upgrade Server 2008-2012 – I

Server 2012 Additional Domain Controller – II

Transitioning Active Directory (2003-2008 r2)

Çökmüş Domaindəki FSMO Rollarının ADC üzərinə daşınması – Seizing

Sazlamalar aşağıdakı kimidir. Məqsədimiz Server 2008-dən 2012-yə keçid edib. Server 2008 ƏS-ni strukturdan ləvğ etməkdir.

1 ) DC – Server 2008 R2 (Domain Controller)

IP Address. . . . . . . . . . . : 192.168.10.10
Subnet Mask . . . . . . . . . . . : 255.255.255.0
Default Gateway . . . . . . . . . : 192.168.10.1
DNS Servers . . . . . . . . . . . : 127.0.0.1

2) DC01- Server 2012 (Additional DC)

IP Address. . . . . . . . . . . : 192.168.10.11
Subnet Mask . . . . . . . . . . . : 255.255.255.0
Default Gateway . . . . . . . . . : 192.168.10.1
DNS Servers . . . . . . . . . . . : 192.168.10.10
127.0.0.1

1. Aşağıdakı şəkildən də göründüyü kimi Server 2012 yəni DC01 üzərində netdom query fsmo əmrini icara edərək görürük ki, bütün rollar server 2008 (DC) üzərində yerləşib.

01

2. CMD üzərində ntdsutil köməkçi alətindən istifadə edərək, bağlancağımız serveri təyin edirik yəni rollar hansı server üzərinə daşınacaqsa o serverə bağlanırıq. Əmrlər aşağdakı kimidir.

ntdsutil
connections
connect to server dc01
quit

02

3. ? işarəsi vasitəsilə biz icra edəcəyimiz əmrlərin siyahısını görə bilərik. Ehtiyac olan əmrlər aşağdakı kimidir.

Transfer infrastructure master
Transfer naming master
Transfer PDC
Transfer RID master
Transfer schema master

Transfer infrastructure master deyərək davam edirik.

03

4. Transfer naming master – Yes

04

5. Transfer PDC – Yes

05

6. Transfer RID master – Yes

06

7. Transfer schema master Yes

07

8. Quit – Quit08

9. netdom query fsmo – və gördüyünüz kimi bütün rollar DC01 yəni server 2012 üzərinə daşınıb.

09

10. Bu addımları gerçəkləşdirdikdən sonra Active Directory Users and Computers bölməsindən keçmiş DC üzərindən Global Catalog işarəsini ləvğ edirik.

10

Bu addımları tamamladıqdan sonra mütləq bir neçə saat gözləməkdə yarar var. Əgər böyük şəbəkə strukturuna maliksəniz Active Directory Sites and Services bölməsindən DC-lər arası replikasiyların doğru şəkildə getdiyini və digər DC funksiyası daşıyan serverlərin işləkliyini test etmək yararlı olacaq.

11. DC üzərində dcpromo əmrini çalışdırırıq.

11

12. Bütün əməliyyatları tamamladığımıza görə Server 2008 üzərindən keçmiş Active Directory xidmətini rahat bir şəkildə silə bilərik. Delete the domain because this server is the last domain controller in the domain bölməsini qeyd ETMƏdən next düyməsi ilə davam edərək keçmiş domain xidmətini strukturumuzdan ləvğ etmiş oluruq.

12

Bu addımlardan sonra əgər ehtiyac yaranarsa yeni Domain Controller-in ip adreslərini əvvəlki serverin ip adresləri ilə əvəz edə bilərsiniz. Müəyyən müddətdən sonra Active Directory Sites and Services DNS altında əvvəlki DC-yə aid hər hansı bir qalıq qalarsa həmin qalıqları təmizləmənizdə fayda var.

Artıq bununla da Microsfot məhsullarının bir versiyası ilə də vidalaşırıq. Bəli Windows NT xaric Windows Server 2000-dən bu günə qədər çox şey dəyişdi və təkmilləşdirildi. Eynilədə simalar da, insanlar da dəyişdi. Ümid edirəm ki, sizlər üçün yararlı bir məqalə oldu. Başqa bir məqalədə görüşmək arzusu ilə.

Elgüc Yusifbəyli
_______________________
MCT

Müəllif hüquqları qorunur

Baxılıb :2606

One comment

  1. I like it. Thanks

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.