Active Directory Upgrade Server 2008-2012

Xoş gördük. Bu məqaləmzidə Server 2008 R2 üzərində fəaliyyət göstərən Domain xidmətinin Server 2012 üzərinə daşınması haqqında danışacağıq. Əvvəlki məqalələrimizdə bu mövzular haqqında geniş izahatlar verilib. Qeyd etmək istəyirəm ki, əvvəlki üsullar hazırda aktivliyini saxlayır. İlk öncə aşağdakı cədvələ nəzər yetirək. Yeni başlayan dostlarımız üçün bir daha qeyd edim ki, İn-place Upgrade – mövcud ƏS-nin yenisi ilə əvəz olunmasıdır, yəni komputeri formtalamdan əvvəlki funksionallıqaların təkmilləşdirlmiş formasının yeni sistemə daşınmasıdır. İn-place Upgrade-in mənfi cəhəti budur ki, server sistemini birbaşa yenisi ilə əvəz etdikdə sürücü, digər proqramlar və s. yeni server sistemi tərəfindən dəstəklənməyə bilər, bu hal baş verdikdə siz həmin çatışmazlıqları aradan qaldırdıqdan sonra yüksəltmə (Upgrade) əməliyyatını gerçəkləşdirməlisiniz, əks təqdirdə yeni ƏS-i yükləndikdən sonra bəzi çətinliklərlə qarşılaşmalı olacaqsınız.

Server 2012-yə keçid üçün İn-place Upgrade-i (x64) dəstəkləyən sistemlər aşağdakılardır. (Installing Windows Server 2012)

Əgər aşağıdakı ƏS-ləri ilə çalışırsınıza

Aşağıda adları çəkilən ƏS-nə keçid edə bilərsiniz

Windows Server 2008 Standard with SP2
OR
Windows Server 2008 Enterprise with SP2
Windows Server 2012 Standard
OR
Windows Server 2012 Datacenter
Windows Server 2008 Datacenter with SP2 Windows Server 2012 Datacenter
Windows Web Server 2008 Windows Server 2012 Standard
Windows Server 2008 R2 Standard with SP1
OR
Windows Server 2008 R2 Enterprise with SP1
Windows Server 2012 Standard
OR
Windows Server 2012 Datacenter
Windows Server 2008 R2 Datacenter with SP1 Windows Server 2012 Datacenter
Windows Web Server 2008 R2 Windows Server 2012 Standard

Digər addımlardan biri isə Transition adlanır. Yəni FSMO rollarını yeni DC üzərinə daşıyaraq əvvəlki DC-ni ləvğ edirik. İn-place Upgrade-dən fərqli olaraq keçid (Transition) əməliyyatı daha təhlükəsiz sayılır. Əgər sturkturunuzda Server 2003 və 2008 ƏS (x86) mövcuddursa Transition metodundan istifadə etməlisiniz, eynilə bu metod x64 bit ƏS-ləri üçün də keçərlidir.
Server 2012-yə keçid üçün Function Levellərin minimum 2003 olmasına ehtiyac var. Artıq Microsoft şirkəti Windows Server 2012 ƏS-nin istehsalı ilə Server 2000-nin Active Directory imkanlarını tam məhdudlaşdırdı. Əgər struktrunuzda Server 2000 ƏS (DC) mövcuddursa öncə bu sistemin üst bir sistemə yüksəldilməsinə gərək var, digər təqdirdə bu addımlarla Server 2000 üzərindəki Active Directory struktrunu server 2012 üzərinə daşıya bilməyəcəksiniz. Əlavə olaraq Active Directory Migration Tool adlı alət vasitəsi ilə bəzi keçidlər mümkündür. Lakin burda bəzi limitlər mövcuddur, fərqli forest və domainlər arası keçid üçün sərfəli metoddur. Aşağdakı keçiddən yenilənən və dəstəklənən ƏS-lərinin siyahısını əldə edə bilərisiniz. Bu alətin imkanları haqqında gələcək məqalələrimizdə söz açacağıq.

Active Directory Migration Tool versions and supported environments

ADMT 3.2 and PES 3.1 installation errors on Windows Server 2012

Artıq Server 2012 üzərindən məqalələrimizi davam etdirəcəyimiz üçün, hazırda portal üzərində mövcud olan keçmiş məqalələri aşağdakı keçidlərdən əldə edə bilərsiniz.

  1. Active Directory haqqında
  2. Server 2008 R2 üzərində Active Directory xidmətinin sazlanması
  3. Active Directory xidməti sazlandıqdan sonra ilk testlər və əlavələr
  4. Komputerlərin Active Directory strukturuna daxil edilməsi
  5. Server 2008 R2 üzərində Additional Domain Controller sazlanması
  6. Directory Services Restore Mode şifrəsinin bərpa olunması
  7. Active Directory üzərində OU, İstifadəçi və Qrupların yaradılması
  8. Active Directory üzərində Fine Grained Password Policy-nin tətbiq olunması
  9. Additional Domain Controllerin IFM (Install From Media) vasitəsilə yüklənməsi
  10. Active Directory Server 2003 to 2008 R2 İn-Place Upgrade
  11. Active Directory Recycle Bin
  12. Transitioning Active Directory (2003-2008 r2)
  13. Unudulmuş Domain Administrator şifrəsinin sıfırlanması
  14. Çökmüş Domaindəki FSMO Rollarının ADC üzərinə daşınması – Seizing
  15. Çökmüş DC qalıqlarının təmizlənməsi – Metadata Cleanup
  16. Password Settings Objects (PSO)
  17. Active Directory`də olan Saved Queries
  18. Active Directory bazasının defrag edilmesi (Offline Defragmentation)
  19. Windows Server 2008 R2 üzərində Domain adının dəyişdirilməsi
  20. Organizational Unit üzərində idarə etmə hüququnun verilməsi
  21. Windows Server 2012 Active Directory Qurulumu
  22. Windows Server 2012 Active Directory Recycle Bin
  23. Wındows Server 2003 üzərində Active Directory Sazlanması (YouTube – Arxiv)
  24. Wındows Server 2003 üzərində Additional Domain Controller Sazlanması(YouTube – Arxiv)
  25. Wındows Server 2008 üzərində Active Directory Sazlanması (YouTube – Arxiv)

Bu məqaləmizdə biz iki metodu gözdən keçirəcəyik.

İn-place Upgrade və Transition

Qeyd : Aşağıda qeyd olunmuş addımlar hər iki metod üçün keçərlidir.

Bu bölmədə isə Domain xidmətinin qurulması zaman ehtiyac olan bəzi tələblər mövcuddur.

Yüklənəcək Struktur

Tələb olunan hüquqlar

Install a new forest Local Administrator on the target server
Install a new domain in an existing forest Enterprise Admins
Install an additional DC in an existing domain Domain Admins
Run adprep /forestprep Schema Admins, Enterprise Admins, and Domain Admins
Run adprep /domainprep Domain Admins
Run adprep /domainprep /gpprep Domain Admins
Run adprep /rodcprep Enterprise Admins

1. Öncə Server 2012 diskini sürücüyə yerləşdirdikdən sonra aşağıdakı əmrləri icra olunmalıdır. Adprep qovuluğuna keçid etdikdən sonra aşağdakı əmrlər ardıcıl icra olunmalıdır. Əgər Server 2003-dən keçid edirsinizə bu əmrlərin hər birini icra etmək daha məqsədə uyğundur.

  • adprep /forestprep
  • adprep /domainprep
  • adprep /domainprep /gpprep
  • adprep /rodcprep

Upgrade Domain Controllers to Windows Server 2012

Bu əmrləri icra etmədiyiniz təqdirdə belə upgrade əməliyyatı gerçəkləşir. Lakin Microsoftun hər bir tövsiyəsini dinləmək daha məqsədə uyğundur. Hazırda mən məqalədə server 2008 r2 üzərindən server 2012-yə keçid zamanı iki əmr icra edəcəyəm. Qeyd etdiyimi kimi, Microsoftu dinləməkdə yarar var.

a) adprep /forestprep

adprep_01

b) adprep /domainprep

adprep_02

2. Bu əməliyyatları gerçəkləşdirdikdən sonra Server 2008 r2 üzərində schupgr əmrini icra edərək və yaxud registry altından Schema versiyasının dəyişib dəyişmədiyini qurlum öncəsi və sonrasıda nəzər yetirə bilərik.

adprep_03

HKLM\System\CurrentControlSet\Services\NTDS\Parameters

adprep_04

Hazırda AD Schema versiyalarının cədvəli aşağıdakı kimidir.

AD version

objectVersion

Windows Server 2000

13

Windows Server 2003

30

Windows Server 2003 R2

31

Windows Server 2008

44

Windows Server 2008 R2

47

Windows Server 2012

56

3. Bu addımlardan sonra İn-place Upgrade əməliyyatı üçün sadəcə sürücüdə olan diskdən setup əmrini çalışdıraraq yeni sistemə keçid edə bilərik.

a) İnstall

adprep_05

b) Bu addım sizin seçiminizə qalıb tövsiyə olunan metod yeniliklərin yüklənməsi menusunu seçməkdir.

adprep_06

c) ƏS-ni seçib davam edirik.

adprep_07

d) Əsəs bölmə- Bu bölmədə Upgrade : Install Windows and keep files, settings and applications bölməsini seçərək Server 2008 R2-nin upgrade olunmasını istəyirik. Digər bölmə seçildikdə sıfırdan yeni qurlum gerçəkləşəcək.

adprep_08

e) Hazırki vəziyyətə görə Server 2012 tərəfindən çıxarılmış hesabata əsasən sistemdə mövcud olan Kaspersky Antivirusun yeni sistemə uyğun olmadığı bildirilir. Bunun üçün əməliyyata davam edə bilmirik.

adprep_09

f) Bu çatışmazlığı aradan qaldırdıqan sonra yenidən addımlarımız təkarar həyata keçiririk və upgrade-in tamalanmsından sonra Domain xidmətimiz Server 2012 üzərindən öz işini davam etdirəcək.

adprep_10

Məqaləmizin birinci hissəsində hər iki seçim üçün ehtiyac olan mövzulara toxunmağa çalışdıq. İn-place Upgrade
metodunu həyata keçirərək məqaləmizin birinici hissəsini tamamlayırıq. Digər məqaləmizdə Transition üçün atılacaq əlavə addımları incələyəcəyik. Başqa bir məqalədə görüşmək aruzu ilə. Zəhmət olmasa texiniki suallar üçün forum bölməsindən yararlanın.

Qeyd: Hörmətli oxucularımız. Əgər mövzunu axıra qədər səbrlə oxuyub beyninizdə hər hansı bir irad, təklif, ideya canlandırsanız zəhmət olmasa bizimlə paylaşmaqdan çəkinməyin. Məqalə bölməsi altında fikirlərinizi yazmağı untumayın. contact@technet.az e-mail vasitəsilə qrupumzla əlaqə saxlaya bilərisiniz. Bizlər yararlı bir bilik bazası yaratmağa çalışırıq. Sizlərin fikirləri bizlərin və sizlərin inkşafı üçün önəmlidir.

Elgüc Yusifbeyli

________________

MCT

Könüllü ol ki, könüllərdə izin qalsın.

Baxılıb :2323

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.