Windows Server 2012 Core Sazlanması və GUİ- CLİ modlar arası keçidlər.

Xoş gördük. Bu məqaləmizdə Microsoft şirkətinin təqdim etdiyi yeni Server ƏS Windows Server 2012-nin bir hissəsi olan Core Edition haqqında danışacağıq. Bilidyimiz kimi Microsoft Server məhsullarında yaranan boşluqlar, çökmələr və bu kimi bəzi problemlərin yaranmasının bir hissəsini GUİ (Graphical user interface) təşkil edir. Bu kimi problemlərin önünə keçmək, daha effektiv xidmət göstərmək üçün Microsoft Server 2008 ƏS ilə yeni versiya olan Windows Server 2008 Core Edition-ni təqdim etdi. Lakin Microsoft sahəsindəki mühəndislərin bu sistemə keçidi bir o qədər asan olmayacaqdır. Bütün əmrlərin CMD və Poweshell üzərindən icra olunması heç də asan görsənmirdi. Bir çox şirkət təhlükəsizlik və minimum resurs maksimum performans baxımından Server 2008 Core-a keçid etdi. Microsoft şirkəti Server 2012 vasitəsilə gətirdyi yeniliklər daxilində gözəl bir funksionallıq əlavə edərək Linux-dakı funksionallığa bənzəyən GUİ-dən CLİ-ya (Command Line İnterface) və yaxud CLİ-dan GUİ-ə keçidi rahatlaşdırdı. Server 2008 üzərində bu mümkün deyildi. Server Core sazlanması o qədərdə çətin deyil. Bunun üçün biz bu addımlardan sadəcə fərqli pəncərələri göstərməyə çalşacağıq. Windows Server 2012 Sazlanması haqqında geniş məlumat üçün Fərhad bəyin yazdığı məqalədən yararlana bilərsiniz.

Windows Server 2012 Sazlanması

1. Eyni addımlar olduğu üçün qurulum pəncərəsindən sadəcə seçim hissəsini qeyd edəcəyik. Description hissəsinə nəzər salsaq, bu seçimdə GUİ modunun əlavə olunmadığını və serverin PowerShell və digər alətlərlə istər lokal istər uzaqdan tam idarə olunması mümükündür. Server Core seçərək yükləməni tamamlayrıq.

01

2. Yükləmə zamanı şifrə və s daxil etdikdən sonra, sistemə daxil olarkən CMD ilə qarşılacağıq. Gördüyümüz kimi ancaq CLİ modunda çalışa bilirik. Aşağıdakı əmrləri icara edərək GUİ moduna keçid edə bilərik. Öncə CMD üzərindən PowerShell alətini çağıraraq aşağıdakı əmri icra edirik.

İnstall-WindowsFeature Server-Gui-Shell . Yükləmə tamamlandıqdan sonra sistemi restart edirik.

shutdown /r /t 0

02_Server2012_Core_GUI

3. Sistem açıldıqdan sonra artıq qrafik interfeys-in gəldiyini görəcəyik.

03_Server2012_Core_GUI

4. Powershell üzərində aşağdakı əmri icra edərək GUİ üçün əlavə olunmuş əsas modulları görə bilərik.

04

4. GUİ-nin ləvği üçün isə aşağıdakı əmri icra etməyimiz gərəklidir.

Uninstall-WindowsFeature Server-Gui-Shell

Tam ləvğ etmək üçün

Uninstall-WindowsFeature Server-Gui-Shell, Server-Gui-Mgmt-Infra

Biz digər interfeysi göstərmək üçün aşağıdakı qaydada əmri icra edirik.

03_Server2012_Core_GUI_2

5. Sistemi restart etdikdən sonra minimum idarəetmə interfeysini ləvğ etmədiyimiz üçün bəzi əmrlərin çalışdığına nəzər yetirə bilərik.

05

Ehityac yaranarsa aşağdakı şəkildə minimum interfeysi əlavə edib ləvğ edə bilərisniz.

İnstall-WindowsFeature Server-Gui-Mgmt-Infra

Uninstall-WindowsFeature Server-Gui-Mgmt-Infra

Bir sözlə bu funksionallıq aşağdakı kimi 3 hissəyə ayrılır.

a) Server Core – Default yüklənir, adından da göründüyü kimi core hissəni təmsil edir. Qrafik rejimlə bağlı bütün əməliyyatlar məhdudur.

b) Server Graphical Management Tools & Infrastructure – Minimum Server İnterfeys-inə malikdir. MMC və s. kimi alətləri çalışdırmaq imkanımız var. Yarı Qrafik İnterfeys adlandıra bilərik.

c) Server Graphical Shell – Qrafik interfeys yüklənəcəkdir, İnternet Explorer, File Explorer və s. kimi digər alətləri qrafik interfeysdən idarə etmə imkanı yaradır.

Qeyd: Əgər İlkin Core platformadan  GUİ platformaya keçid edən zamanı aşağıdak kimi xəta ilə qarışılaşırsınızsa Server 2012 diskini sürücüyə yerləşdirib ƏS versiyasına görə seçim edərək qurulum yolunu həmin diskə yönləndirin.

Install-WindowsFeature : The request to add or remove features on the specified server failed.
Installation of one or more roles, role services, or features failed. The source files could not be downloaded.

Əmrin icrası :

Install-WindowsFeature Server-Gui-Shell -Source wim:D:\install.wim:2

Sondakı 2 rəqəmi indexləri göstərir

Index : 1 – Windows Server 2012 SERVERSTANDARDCORE
Index : 2 – Windows Server 2012 SERVERSTANDARD
Index : 3 – Windows Server 2012 SERVERDATACENTERCORE
Index : 4 – Windows Server 2012 SERVERDATACENTER

Ətraflı məlumat :
DİSM : http://yusifbeyli.com/2013/07/error-0x800f0906-the-request-to-add-or-remove-features-on-the-specified-server-failed/

DİSM : http://yusifbeyli.com/2013/04/window-server-2012-essentials-upgrade-to-standard-dism/

Məqaləmizin 2-ci hissəsində şəbəkə tənzimlənməsi və digər funksionallıqlar haqqında sizləri məlumatlandıracağıq. Başqa bir məqalədə görüşmək arzusu ilə

Elgüc Yusifbəyli

______________

MCT

Müəllif hüquqlarına hörmətlə yanaşaq

Baxılıb :2383

2 comments

  1. Təşəkkürlər Qardaş.

  2. Mən təşəkkür edirəm qardaş.

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.