Server 2008 və R2 üzərində Wireless xidmətinin aktivləşdirilməsi

Bildiyimiz kimi Microsoft Server sistemləri üzərindəki bir çox xidmət növlərinin akitvləşdirlməsi sistem administratorlarının öhdəsinə buraxılır. Bunun əsas səbəblərindən biri kimi müəyyən xidmət növlərinin şirkətlərin ehtiyaclarına görə seçilməsidir. Bununla birlikdə Microsoft Server sistemləri üzərində istifadə olunmayan servislər passiv halda olduğu üçün sistem qaynaqlarının  boş yerə  istifadə olunmasının qarşısı alınmış olur. Server 2008 və R2 ilə birlikdə bir çox xidmətlər kimi Simsiz şəbəkə xidmətidə (Wireless LAN Service) passiv haldadır. Əgər istifadə etdiyiniz Server üzərində Simsiz şəbəkə xidmətindən yararlanmaq istəyirsinizsə Server 2008 və ya R2 üzərində bu xidməti aktivləşdirmənizə ehtiyac vardır.

Xidməti aktivləşdirmək üçün

1. Administrative Tools – Server Manager

2.  Features – Add Feautres  

Add Feautres

3. Wireless LAN Service bölməsini seçərək Next-lə davam edirik.

Wireless LAN Service

 4. İnstall

5. Close

Bu kiçik və sadə əməliyyatları tamamladıqdan sonra Server üzərindəki simsiz şəbəkə kartı akitivləşərək xidmətə hazır vəziyyətə gələcəkdir. Əlavə olaraq bu əməlyyatı CMDPower Shell üzərindən həyata keçirmək istəsəniz aşağıdakı addımları izləməniz yetərli olacaq.

1. CMD üzərindən aktivləşdirmək üçün. 

C:\> servermanagercmd -install Wireless-Networking

2. Power shell üzərindən aktivləşdirmək üçün.

PS C:\> Import-Module Servermanager

PS C:\> Add-WindowsFeature Wireless-Networking

 İnanıram ki, hər kəs üçün yararlı bir məqalə olmuşdur. Başaqa bir məqalədə görüşmək diləyilə.

Elguc Yusifbəyli

_____________

MCT

Müəllif hüquqlarına hörmətlə yanaşaq

 

Baxılıb :2509

3 comments

  1. Çox sağ ol qardaş. ALLAH səndən razı olsun.

  2. Taleh Huseynov

    çox sağol Elgüc bəy

  3. Allah daima senin elmini artirsin ve insanlara faydali etsin ! MashaAllah cox faydalandim bu saytdan…

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.