Server 2008 R2 üzərində Active Directory xidmətinin sazlanması (2)

Bu məqaləmizdə Server 2008 üzərində Active Directory  xidmətinin sazlanmasına göz atacağıq. Microsoftun məsləhətlərini nəzərə alaraq Active Directory xidmətini aktivləşdirmədən öncə  sistem üçün ehtiyac olan bütün service pack paketlərin və updatelərin qurulmasını tamamlayaraq sistemi tam sabit vəziyyətə gətiririk. Active Directory xidmətini aktivləşdirmək üçün bir neçə sadə addımlarla əməliyyatları tamamlamış olacağıq. Digər xidmətlərdə olduğu kimi Active Directory qurulacaq sistemin ipsinin statik ip olması mütləqdir. Şəbəkə quruluşumuza uyğun sistemə ip əlavə edərək davam edirik.

1. Bildiyimiz kimi Active Directory üçün önəmli servsilərdən biridə DNS-dir. Preferred DNS bölməsindəki ip (127.0.0.1 = 192.168.0.10) lokal server üçün digəri isə backup domain (ADC) üçün nəzərdə tutulub.

İp adreslərini daxil etdikdən sonra Active Directory xidmətinin sazlanmasına başlayaq.

2. Start -Run dcpromo əmrini çalışdıraraq davam edirik.

3. Ehtiyac olan informasiyalar toplandıqdan sonra qarşımıza çıxan pəncərədən Use advanced mode İnstallation seçərək davam edirik.

 4. Server 2008 ilə bir çox yenilik kimi bəzi yenilənmiş şifrələmə metodlarının keçmiş NT və Non Smb  klinetlər tərəfindən dəstəklənmədiyi üçün server 2008 -lə əlaqə zamanı əlaqənin etibarlı şəkildə gerçəkləşmiyəcəyinə dair bildiriş alırıq.


 5. İlk Domain  olduğu üçün Creat new domain in a new forest  seçirik.

6. a) Şirkətimizin tələbləri çərçivəsində domain-ə bir ad verərək davam edirik (yusifbeyli.com) . Qurulan domain forestəki ilk domain olduğu üçün Forest Root Domain olacaq.

b)  Bir forest içinidə eyni ada malik yalnız bir domain ola bilər.

7. İlk səhifədə Use advanced mode İnstallation bölməsini seçdiyimiz üçün Netbios bölməsi qarşımıza çıxır. Şəbəkədə bu adda hər hansı bir komputer və s. mövcuddursa bu bölmədə həmin adın qarşısına avtomatik 0 rəqəmi əlavə olunur. Burda qeyd olunan ad sizin şəbəkədə görünən domain qrupunuz olacaq (Workgroup kimi).

 8. Forest Function level və Domain Function level anlayışını sadə şəkildə izah etsək Active Directory ilə gələn yeni funksiyları istifadə etmək və keçmiş domain sistemləri ilə birlikdə çalışmaq üçün dizayn olunub. Əgər şəbəkənizdə  2003 Domain sturktruna maliksəniz  Function levelin 2003 moda qalması daha uyğundur. Bu dəyişiklik olunduqdan sonra bir daha geri qaytarmaq mümkün deyil. Mən R2 seçərək davam edirəm.

9. Next

10.  DNS Serverin sazlanmasını və DC üçün ehtiyac olan dəyişikləri  Active Directorynın həyata keçirməsi üçün YES deyərək davam edirik.

 11. Active Directory xidmətinə aid olan dataların yüklənəcəyi bölməni ehtiyac olsa dəyişə bilərsiniz.

12. Active Directory üzərində çıxan nasazlıqlar zamanı sistem üzərində safe modda (Directory Services Restore Mode) dəyişikliklər etmək üçün istifadə edəcəymiz şifrəni daxil edərək davam edirik.

 13. Export settings -lə hazırki əməliyyatın mətnini götürərək cavab faylı hazırlayıb gələcək yükləmələri avtomatlaşdıra bilərik.

14.  Active Directory xidmətinə ehtiyac olan informasiyalar yükləndikdən sonra əməliyyat tamamlanmış olacaq. Reboot on completion seçərək əməliyyatlar tamamlandıqdan sonra sistemin restart olmasını gözləyirik.

Active Directory haqqında ikinci məqaləmizi sonlandırmış olduq. Üçüncü məqaləmizdə Active Directory xidmətinin düzgün şəkildə yüklənib yüklənmədiyinə göz atacağıq. İnanıram ki, yeni başlayanlar üçün yararlı bir məlumat olacaq. Başqa bir məqalədə görüşmək arzusu ilə.

Elgüc Yusifbəyli

_____________

MCT

Müəllif hüquqlarına hörmətlə yanaşaq

Baxılıb :2361

One comment

  1. Çox sağ olun

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.