Remote Desktopun Registry üzərindən aktivləşdirilməsi

Bütün sistemçilər üçün server və yaxud klinet komputerləri uzaqdan idarə etmək daha rahat olduğu üçün bəzi əməliyyatları  Remote Desktop vasitəsilə həyata keçirirlər. Sistem qurularkən bu xidmət aktiv olmadığı üçün komputerdən uzaqda olarkən bu xidmətdən yararlana bilməyəcəyik. Amma uzaqdan bir neçə metodla bu xidməti aktivləşdirmək imkanımız var. Mən bu günki məqaləmizdə Remote Registry vasitəsilə uzaqdakı komputer üzərində Remote Desktop xidmətinin necə aktivləşdirilməsini izah etməyə çalışacağam. Mən istifadə etdiyim komputerlər Doman Server digəri isə yəni uzaqdan qoşulmağa çalışdığım komputer isə domainə üzv etdiyim üzərində Server 2003 ƏS-midir.

1. Server 2003 üzərində Allow users to connect remotely to this computer bölməsi qeyd olunmadığı üçün digər komuterdən remote olmağa çalışdığımda aşağıdakı görünütü ilə rastlaşırıq.

2. DC üzərindən Registry-ə daxil olaraq Remote Registry vasitəsilə Srv2003 adlı komputerə bağlanaraq bu çətinliyi aradan qaldıraq. Start – Run – regedit -OK, Registry Editor – Connect Network Registry

3. Connect Network Registry bölməsindən komputer adını seçərək davam edirik. Burda kiçik bir məsələni nəzərinizə çatdırım. Əgər komputeriniz domainə üzv deyilsə uzaqdakı komputer üzərində administrator hüququna malik bir isitfadəçiniz olmalıdır ki, həmin komputerin Registry bölməsinə daxil bu istifadəçi adını və şifrəsini yazaraq daxil ola biləsiniz. Bizim komputer domaində olduğu üçün burda istifadəçi və şifrəyə ehtiyac olmadan birbaşa əlaqəni gerçəkləçdirə bilirik.

4. HKEY_LOCAL_MACHİNE – SYSTEM – CurrentControlset – Control – Terminal Server – fDenyTSConnections – Modify  1 dəyərini 0 (sıfır) edərək OK düyməsilə əməliyyatı sonlandırırıq.

5. Start – RUN – mstsc – OK yazaraq server adını yazib daxil olduqda digər komputerə remote desktop vasitəsilə bağlandınızı görəcəkəsiniz.

6. Son olaraq Googledə axtarmağa ehtiyac olmasın deyə, əgər aşağıdakı kimi informasiya pəncərəsi ilə rastalşsanız hər iki komputer üzərində Remote Registry servisinin aktiv vəziyyətdə (Started) olduğundan əmin olun. Start – Run – services.msc yazaraq Remote Registry  xidmətinin vəziyyətinə göz ata bilərsiniz.

Sadə və kiçik olan bu addımları məqalə halına gətirməkdə məqsədim bu sahəyə yeni başlayan dostlarımız üçün daha aydın bir mövzu olmasını təmin etməkdir. Başqa bir məqalədə görüşmək arzusu ilə.

Elguc Yusifbeyli

______________

MCT

Müəllif hüquqlarına hörmətlə yanaşaq

Baxılıb :2498

2 comments

  1. Cox gozel meqale.. Zehnine quvvet..

  2. Men de beyendim gozel meqaledi

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.