Active Directory xidməti sazlandıqdan sonra ilk testlər və DNS üzərində əlavələr (3)

Active Directory haqqındakı məqaləmizin üçüncü hissəsində  Server 2008 R2 üzərində Active Directory xidmətini sazladıqdan sonra DNS Server üzərində kiçik dəyişiklik edərək DNS Serverin sorğulara tam şəkildə cavab verməsini təmin edəcəyik. İlk öncə Domainin  düzgün şəkildə xidmət verəcəyindən əmin olmaq üçün Active Directory xidməti qurulduqdan sonra əməliyyatların düzgün şəkildə tamamlanmasına nəzər salaq.

1. DNS Server üzərində yusifbeyli.com adlı yeni zona və Active Directory xidmətinə aid obyektlərin yarandığnı və Start – Run \\127.0.0.1 yazdıqda isə netlogonsysvol qovluqlarının xidmətə hazır vəziyyətdə olduğunu görürük.

Netlogon və Sysvol qovluqlarının  CMD üzərindən görmək istəsəniz net share əmrindən istifadə edə bilərsiniz

2. DNS Server üzərində Reverse Lookup Zone bölməsindən New Zone deyərək davam edirik. DNS Server haqqında məqaləmizdən yararlana bilərsiniz.

3. Primary zone – Next

4. Next

5. İPv4 seçərək davam edirik

6. DNS Serverin xidmət göstərdiyi ip subnetdən adres başlığını daxil edirik.

7. Allow only secury dynamic updates seçərək davam edirik.

8. Finish düyməsilə əməliyyatları tamamlayırıq.

9. Forward Lookup Zones üzərindən yusifbeyli.com domainini açaraq Serverin  adı üzərindən (qurduğumuz DC Serverin adı srv2008-dc1-dir) Properties seçirik.

10. Update associated pointer (PTR) record bölməsini seçdikdən sonra OK düyməsilə əməliyyatı tamamlayırıq. İpconfig / registerdns əmrindəndə istifadə edə bilərisiniz.

11. DNS Server üzərindən sağ düymə ilə  Launch nslookup əmrini yerinə yetiririk.

12. Və xoşbəxt sonluq.

İlk testlərimizi gerçəkləşdirərək və DNS üzərində ehtiyac olan dəyişiklikləri yerinə yetirdikdən sonra Active Directory şirkətimiz üçün  xidmətə hazır hala gətrildi deyə bilərik. Sizlər üçün yararlı bir məqalə olacağına inanıram. Başqa bir məqalədə görüşmək arzusu ilə.

Elgüc Yusifbəyli

_____________

MCT

Müəllif hüquqlarına hörmətlə yanaşaq

Baxılıb :2842

3 comments

  1. Gozel ve lazimli meqale uchun tewekkurler..

  2. Salam . Men acrive Drectory yaratdiqdan sonra sonda default server yerinde unknown server yazillir bu neden ola biler?

  3. Salam.

    Xaliq bəy Defaul server bölməsində unknown yazılırsa ptr recordlar yaradılmamış ola bilər və server üzərində bir neçə şəbəkə kartı vardırsa DNS Server üzərindən sizə ehtiyac olan ip adresini seçməlisinz.

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.