Server 2008 R2 üzərində DHCP Serverin sazlanması və yeniliklər (2)

Bu məqaləmizdə Windows Server 2008 R2 üzərində DHCP xidmətinin qısa olaraq necə sazlanmasına göz atacağıq. DHCP xidmətinin necə işləməsi haqqında məlumat almaq üçün ilk məqaləmizdən yararlana bilərsiniz.

Yenliklər.

1. DHCP Failover (Split Scope 80/20) – Bu özəllik əvvəlcədən bizə tanışdır. Lakin Server 2008 r2 ilə artıq böyük şəbəkələr üçün nəzərdə tutulan bu özəlliyi mərkəzdən idarə edərək, icarə müddəti kimi məlumatları iki DHCP serverlər arasında paylaşaraq, DHCP serverlərin çökmə anında işin davamlılığını təmin etmiş oluruq.

2. MAC Address based filtering – Windows Server R2 ilə birlikdə ip istəklərinin cavablanması artıq Link Layer vasitəsi ilə dəstəklənməkdədir. İPv4 üçün keçərli olan bu yenilik DHCP protokolunda yer alan DISCOVER, RENEW ve INFORM kimi sorğuları əsas alaraq filtirləmə gerçəkləşdirir. Lakin burda DHCP serverlər tərəfindən Rogue DHCP serverləri təyin etmək üçün istifadə olunan DHCPINFORM paketləri bu filtirləməyə daxil olunmur.

3. Service Hardening –   Windows Server 2008 R2  DHCP xidmətinin istifadəsi zamanı daha az hüquqlara malik olan “Network Service”   hesabından istifadə edir.

4.Name Squatting  –  bu anlayış Windows  ƏS-dən başqa olan sistemlərin  DNS üzərində Windows ƏS-i tərəfindən yaradılmış qeydiyyat tiplərinin üzərinə öz datalarını yazmasıdır. Windows Server 2008 R2 ilə Dynamic host configuration Identifier (DHCPID) dəstəyi ilə bu əməliyyatı əngəlləmiş olur.

5.Prevention of Exhaustion of IP Addresses – İp adres sahəsinin tükənməsinin qarşısını almaq üçün Windows Server 2008 R2 ilə gələn yenilikdir. İpv4 üçün nəzərdə tutulub. Bundan başqa NAP dəstəyi davam etməkdədir. Bundan başqa İPv6 üçün StatefulStateless modeli, Activity Logging, DHCPv6 Option15 ve Option32 (R2,Windows7) kimi  yeniliklər əlavə olunmuşdur.

1. Server 2008 R2 üzərində DHCP xidmətini aktivləşdirmək üçün Server Manager üzərindən Roles – Add Roles deyərək davam edək.

2. Server Roles bölməsindən DHCP Server bölməsini seçdikdən sonra Next  düyməsi ilə davam edirik.

3. Burda DHCP Server haqqında qısa məlumat aldıqdan sonra Next-lə davam edirik.

4. Bu bölümdə DHCP serverin hansı ip və şəbəkə kartı üzərindən xidmət göstərəcəyini seçdikdən sonra Next-lə davam edirik.

5. Domain adını DNS serverin ip adresini daxil edərək Next…

6. Əgər şəbəkənizdə  WINS xidmətindən istifadə edirsinizsə ip adresini əlavə edin. Qeyd edim ki, artıq Microsoft Winslə vidalaşır.

7. Bu bölmədə DHCP Server tərəfindən paylanılacaq ip və s. məlumatları daxil edirik. Server 2003 -dən fərqli olaraq Server 2008 -də Scopları DHCP-ni yükləyən zaman aktiv etmək şansımız var. Bir yenilik isə Subnet type bölməsindən İp aralığı sazlanarkən Simsiz (Wireless) və yaxud adi şəbəkə üçün seçim etmək imkanımız var. Əslində bu tam bir yenilik sayılmaz. Çünki  Server 2003 də Class vasitəsilə bu əməliyyatı yerinə yetirə bilirdik.  Sadəcə asanlaşdırılıbdır. Yəni Next next….

8. Disable DHCPv6 stateless mode seçərək davam edirik. Bunu seçməkdə məqsədimiz klientlərin İPv6 adreslərini DHCP serverdən almasını təmin etməkdir.

9. Bilidiriş pəncərəsində yükləmədən sonra serverin restart olunması bildirilir. Son olaraq apardığımız əməliyyatlar haqqında ümumi məlumat aldıqdan sonra İnstall  deyərək davam edirik.

10. DHCP Server yükləndikdən sonra  Close deyərək əməliyyatı sonlandırırıq. Artıq DHCP server xidmət göstərməyə hazırdır.

DHCP haqqında ikinci məqaləmizin sonuna gəlmiş olduq. İnanıram ki hər kəs üçün yararlı bir məqalə olmuşdur. Başqa bir məqalədə görüşmək diləyilə.

Elgüc Yusifbəyli
_____________
MCT

Baxılıb :3605

5 comments

  1. Dhcp spoces-de add ne ucun edilir?

  2. Salam. DHCP Scope kəliməsini aralıq kimi başa düşə bilərsiniz. Yəni müəyyən aralıq təyin edirik ki, ipləri bu aralğa görə payla.

    Uğurlar

  3. Cavaba gore tewekkurler ! BIr sual da yaranib men active drectory-ni qurduqdan sonra serverde internet elaqesi itir yeni ip leri deyiwdiyime gore elaqe yaranmir internet baqlantisi qurmaq ucun yenden ipleri ovtomatik etmeliyem?

  4. Salam. Xaliq bəy Serverdə internet əlaqəsi itməsinə ilk səbəb kimi DNS Serverinizin external domain adlarını dəqiq çözə bilməsi üçün DC-dəki DNS Servisi üzərində forwarderləri sazlamanıza gərək var. Həmi bölməyəy googlenin DNS Serverlərindən birini daxil etməniz yetərlidir.
    Google DNS : 8.8.8.8

    Məqaləyə nəzər salın zəhmət olmasa.

    http://www.yusifbeyli.com/2010/02/dns-server-haqqinda/

    http://yusifbeyli.com/wp-content/uploads/2010/02/dns9.jpg

    Uğurlar

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.