TMG 2010 Yeniliklər (1)

Forefront Threat Management Gateway 2010.

Bü gün bütün İT Dünyasını bürüyən virus, spam və onun  kimi bəzi informasiya təhlükəsiziliyi  məsələləri  sistem və şəbəkə mütəxəssisləri üçün də ən önəmli məsələlərdən biridir. Biz hər zaman çalışmalıyıq ki, öz  şəbəkəmizi xaricdən və daxildən gələn təhlüklərə qarşı qoruyaq.Aydın məsələdir ki, bizim buna tam nail olmağımız mümkün deyil.

Bu gun Azərbaycanda bəzi qurumları çıxmaq şərtilə  80 % -ə yaxın Sistemçi  lisenziyasız proqramlarla öz sistemini idarə edir. Bunun müəyyən səbəbləri var ki bunlar bizim hər birimizə  tanış məsələlərdir. Şirkətə Firewall və Antivirus almaq ehtiyac olduğunda onun əvəzinə başqa mebel və ya bir əşya almaq daha sərfəli olur bəzi idarəçilər üçün. Və yaxud bu insana  Firewall və Antivirus dedikdə heç onun nə olduğunu başa duşmur.Şirkətlərdə çıxan bəzi çətinliklərin bir  hissəsidə idərəçinin düzgün seçilməməsindən və yaxud bəzi dırnaqarası Adminlərin bütün günün boş-boş işlərlə  vaxtını səmərəsiz istifadə etməsindən qaynaqlanır.Heç o adminə və idarəçiyə nə informasiya təhlükəsiziliyi  nədə başqa şeylər maraqlı deyil.Bunlar deməkdə başqa məqsəd güdmürük.Sədəcə burda verəcəyimiz yeni informasiya həqiqətən öz şirkətinin və şəbəkəsinin qayığısına qalan idarəçilər üçündür ki ,  onların seçəcəyi məhsul haqqında  informasiyası nə qədər yaxşı olsa, onlarda həqiqətən şirkətə lazım olan məhsulu düzgün seçmiş olacaqlar.
Bildiyimiz kimi  Microsoft Təhlükəsizilik sahəsində geniş yeniliklər edərək bazara Forefront Ailəsini çıxardı. Microsoft   Forefront Ailəsi ilə  istər son istifadəçilər üçün, istərsədə serverlər üçün təhlükəsizlik sahəsində böyük yeniliklər gətirdi.Biz bu gun İSA Server 2006–nın (Internet Security and Acceleration Server)   davamı kimi adlandırığımız TMG 2010 Forefront Threat Management Gateway 2010 haqqında danışacağıq.
Forefront Threat Management Gateway 2010 nədir və bizə nə kimi yeniliklər gətirdi.
Microsoftun yeni məhsulu olan Forefront Threat Management Gateway 2010  Internet Security and Acceleration Server 2006- nın inkşaf etmiş formasıdır.
Forefront Threat Management Gateway 2010   Yeniliklər.

1.URL Filtering – Bildiyimiz kimi İSA Server 2006 üzərində URL Filtering-i biz 3 Party proqramlar vasitəsi ilə həyata keçirirdik .Artıq buna ehtiyac yoxdur.Microsoft bəzi şirkətlərlə birlikdə inkşaf etdirdiyi yeni URL Filtering –bazası qruplara bölünərək bizə şirkət içərisində lazımsız saytlara qadağa qoymağımız üçün gözəl imkan tanıyır. URL Filtering Microsoftun MRS (Microsoft Reputation Services) xidməti ilə işləyir.


2.NİS, İPS – Bildiyimz kimi İSA Server 2006 üzərində İPS servisi mövcud idi amma TMG 2010 ilə artıq həm daxildən həm xaricdə bu xidmət dəstəklənməkdədir. İPS – Microsoft sistemlərini əsəsən təhlükələrə qarşı qoruyurdu.Artiq yeni çıxan iki imza ilə SQL injection ve crosss-site scripting- ə qarşı serverlərimizi qoruma altına ala bilərik. Microsoftun NİS –xidməti Microsoft Update-lərlə daima yenilənir.


3.E-mail Security – Exchange Serverlər  üçün müdafiə xidməti ( Anti-malware Anti-spam Anti-phishing ).


4.HTTPS inspection- Bu yeni xidmətlə biz istifadəçilərin informasiya mübadiləsi qorunmuş olur.


5.Web antivirus /anti-malware protection – Firewall üzərindən axan informasiya yoxlanıldıqdan sonra istifadəçiyə tam çatdırılır.Burda əsəs məqsəd zərərli informasiyanın şəbəkəmizə daxil olmadan Firewall tərəfindən  təyin olunması və zərərsizləşdirilməsidir.



6.ISP redundancy – Bu xidmət vasitəsilə biz istifadəçilərimizin internet əlaqəsinin bir neçə xət üzərindən axmasını təmin  edə bilərik.Hər hansı bir qəza şəraitində ikinci xəttimiz bizi başqa İSP üzərindən qlobal şəbəkəyə çıxaracaq


7.Windows 64 bit – Forefront Threat Management Gateway 2010  ancaq 64 bit dəstəkləyir. Windows Server 2008 SP2 (64-bit) və Windows Server 2008 R2
Bunlardan başqa Enhanced Network Address Translation (1-to-1 NAT) və Enhanced Voice over IP kimi xidmətlərdə TMG 2010  -la gələn yeniliklər arasındadır.Qeyd etdyimiz şəkillərə qısa nəzər salsaq TMG – 2010  tərəfindən dəstəklənən xidmətləri görə bilərik

TMG 2010  -la çox yeniliklər görəcəyik. Bu mövzular haqqında  gələn məqalələrimizdə geniş bəhs edəcəyik.

Fikir və rəyləriniz üçün www.ITBilikBazasi.net adresindən istifadə edə bilərsiniz.
Qaynaq:   www.Microsoft.com
Elgüc Yusifbəyli
_____________
MCT

Baxılıb :1762

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.