Dəyərli dostlar ! 05.04.2014-cü il tarixdə qrupumuzun növbəti təqdimatı olacaqdır. Bu seminar tamamilə fərqli şəkildə nəzərdə tutulub. Laboratoriya əsaslı təqdim olunacaq bu seminarımızda əldə edəcəyiniz nəzəri bilikləri birbaşa tətbiq etmək imkanına malik olacaqsınız.
Mövzular : Windows Server 2012 R2 – Active Directory
– Arxitekturası
– Dizayn və tətbiq metodları
– DC sazlanması
– ADC sazlanması
– Operations Master rollar haqqında
– Migration (2008R2- 2012R2)
– Seizing
– Demoting
Məruzəçilər:
Elgüc Yusifbəyli (MCT)
Turqut Vəliyev (MCSA)
Ünvan: Azərbaycan Memarlıq və İnşaat Universiteti, I korpus, auditoriya 108
Tarix: 5 Aprel 2014 (13:45-17:00)
Seminarda iştirak etmək üçün tələblər
1. Özünüzlə birlikdə komputerinizi gətirməyi unutmayın, komputeriniz aşağdakı minimum tələblərə cavab verəcək şəkildə olmalıdır. Digər təqdirdə qeydiyyatınız təsdiqlənməyəcək.
– 4 gb RAM
– Disk üzərində 80 gb boş sahə
– Qurğu 64 bit platformanı dəstəkləməlidir.
Necə dəqiqləşdirə bilərəm ? Bu kiçik həcmli proqram sizə köməkçi olacaq. Yüklə Nəticə aşağdakı kimi olmalıdır. Əgər yoxlamqda çətinlik çəksəniz CPU modelini qeydiyyat zamanı düzgün qeyd etməyiniz yetərli olacaq.
Qeydiyyat üçün aşağdakı məlumatları seminar@technet.az adresinə göndərməyiniz xahiş olunur.
– Ad, Soyad
– Əməliyyat Sistemi (növu), RAM (həcmi), CPU (model)
Qeyd: Seminar ödənişsizdir.
Uğurlar
Baxılıb :2114