Bu məqaləmizdə fərqli upgrade metodunu izah etməyə çalışacağam. Bildiyimiz kimi, sistemlər arası keçidlərdə bizim istifadə etdyimiz yüksəltmə metodu disk üzərindən həyata keçirilir. Lakin digər bir yöntəm olaraq biz bu yüksəltməni online upgrade və yaxud transition adlandıra bilərik. Aşağdakı addımları izləyərək bu yüksəltməni necə həyata keçirəcəyimizə nəzər yetirək.
1. Aşağdakı şəkildən göründüyü kimi, hazırda sistem Window Server 2012 Essentials-dir və biz bu ƏS-ni Standard Edition-a yüksəldəcəyik.
2. ƏS-nin versiyasını dism köməkçi aləti vasitəsilədə öyrənə bilərik. CMD və yaxud PowerShell üzərindən aşağdakı əmri icra etməniz yetərli olacaq.
- Dism /online /get-currentedition
3. Aşağdakı əmri icra edərək hansı versiyaya yüksəltmə edə biləcəyimiz haqqında informasiya əldə edə bilərik.
- Dism /online /get-targeteditions
4. Yüksəltmə edə biləcəyimiz Server versiyası Standart Edition olduğu üçün, bu versiyaya aid şifrəmizi daxil edərək upgrade əməliyyatını tamamlayırıq.
- Dism /online /set-edition:ServerStandard /ProductKey:XXXXX-XXXXX-XXXXX-XXXXX-XXXXX /AcceptEula
5. Sistem yenidən başladıqdan sonra gördüyünüz kimi ƏS-i yeni verisyaya normal şəkildə yüksəldildi.
6. Bu addımlardan sonra Window Server 2012 Essentials-ə aid bəzi qalıqları təmizləməyə ehtiyac var. Aşağdakı qaydada TurnOffFeaturesWizard adlı sehirbazı çağıraraq əməliyyatımızı tamamlayırıq.
- %systemdrive%\Program Files\Windows Server\Bin\TurnOffFeaturesWizard.exe
7. Əgər backup fayllar mövcuddursa aşağdakı bölməni işarə edirik. Next
8. Əməliyyat sona çatdıqdan sonra sistemi yenidən başladırıq.
Bu əməliyyatları tamamladıqdan sonra artıq Server 2012 Standart Editionun imkanlarında yararlana bilərsiniz. Hər iki məhsulun lisenziyalaşma prinsipi fərqli olduğu üçün aşağdakı keçidi incəlmək daha uyğun olacaq.
Transition from Windows Server 2012 Essentials to Windows Server 2012 Standard
Qeyd: Bu metod hər ƏS-i üçün keçərli olmaya bilər.
Ümid edirəm ki, yararlı bir mövzu olmuşdur.
Elgüc Yusifbəyli
_____________________
MCT
Könüllü ol ki, könüllərdə izin qalsın.
Baxılıb :2508