Windows Server 2012 R2: AD DS Məqalələri -7

Additional Domain Controller: PowerShell üzərindən sazlanması:

ADC haqqında ümumi tanışlıq və bu qədər əzab-əziyyətli qrafik addımlardan sonra hiss edirəm ki, PowerShell üzərindən bu addımların icrasını qeyd etmək yerinə düşəcək. Gəlin mövumuzu birgə nəzərdən keçirək.

Xatırlatma: ADC qurulacaq server üzərində DNS adresləri daxil etməyi və Domain-ə üzv etməyi unutmayaq.

1. Sistemə daxil olduqdan sonra  aşağdakı əmrləri icra edərək ilk mərhələni tamamlayırıq.

  • Install-WindowsFeature AD-Domain-Services –IncludeManagementTools

ADC-Powershell-01

2. Bu addımda isə ADC-nin qurulumunu tamamlayırıq. Aşağdakı powershell əmrlərinin icra olunaması yetərlidir. Əgər hər hansı bir DC üzərindən replikasiyanın gerçəkləşməsini istəsək -ReplicationSourceDC “DC01.Yusifbeyli.com” əmrini aşağdakı əmrlər toplusuna daxil etməyimiz yetərli olacaq.

  • Install-ADDSDomainController -DomainName “Yusifbeyli.com” -NoGlobalCatalog:$false -CreateDnsDelegation:$false -CriticalReplicationOnly:$false -DatabasePath “C:\Windows\NTDS” -InstallDns:$true -LogPath “C:\Windows\NTDS” -NoRebootOnCompletion:$false -SiteName “Default-First-Site-Name” -SysvolPath “C:\Windows\SYSVOL” -Force:$true

ADC-Powershell-02

Artıq ADC xidmətə hazırdır. PowerShell platforması yeni sayıldığı üçün demək olar ki, yeni məhsul çıxan zaman çox ciddi dəyişikliklər və əlavələr edilir. Bəzən bir çox əmr öz funksionallığını itirir. Belə halları nəzərdə saxlamaq lazımdır.

Bir çox mövzumuz bənzərlik təşkil etdiyi üçün digər mövzularımızı daha qısa tutmağa çalışacağıq və bəzi eynlik təşkil edən əlavələrə mövzular daxilində yer verilməyəcək. Öncəki mövzuları diqqətli oxumağınız məqsədə uyğundur.

Qaynaq: Windows Server 2012 R2: Active Directory E-Kitab 1-ci hissə

Baxılıb :1370

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.