Server 2008 üzərində Unudulmuş Domain Administrator şifrəsinin sıfırlanması (12)

Xoş gördük. Bu məqaləmizdə texinki dəsətək göstərdiyimiz zaman tez-tez qarşılaşıdğımız çətinliklərdən biri haqqında danışmağa çalışacağıq. Bildyimiz kimi, bir çox şirkət və qurumlar kənardan texniki dəstək aldığı üçün çox vaxt sistemin idarə olunmasından tam xəbərdar olmur və yaxud texnik dəstək göstərən şirkət və yaxud fərdlər, texiniki tapşırıqlara doğru əməl etmədən sistem qurulan zaman hər hansı bir şifrə daxil edərək sistemi təhvil verdiyi zaman çox vaxt bu kimi mövzularda heç bir informasiya və yaxud yazılı məlumatları cavabdeh şəxsə çatdırmır və yaxud cavabdeh şəxs bu kimi mövuzlarda məlumatısız olduğu üçün texniki dəstəyə ehtiyac olduğu zamanalarda sistem şifrələri bilinmədiyi üçün bəzi çətinlikləri özümüz ardan qaldırmaq məcburiyyətində oluruq. Bu çətinliklərdən biri də Active Directory Administrator şifrəsinin unudulmasıdır. Əgər sturkturda bu hüquqda hər hansı bir istifadəçi adı mövcudd deyilsə , aparacağımız bəzi əməliyyatlar üçün administrator tipli bir istifadəçiyə ehityac yarancaq ki, başqa bir administrator tipli hesabı mövcud olmadığı üçün biz həmin hesabın şifrəsini yenisi ilə əvəz etmək məcburiyyətində qalacağıq. Aparacağımız əməliyyat qeyri-leqal yola bənzəsədə, tam olaraq qeyr-leqal sayılmır. İndi isə bu addımları necə gerçəkləşdirəcəyimizə nəzər salaq.

1. İlk öncə server 2008 r2 diskini sürücüyə yerləşdirərək Active Directory qurulu olan serveri yenidən başladıb, diskdən boot etdikdən sonra Recovery moda (Repair your computer) keçid edirik.

DC_Pass_reset_01

2. Next deyərək davam edirik.

DC_Pass_reset_02

3. Command Promt bölməsinə daxil oluruq.

DC_Pass_reset_03

4. Sistemə daxil ola bilmədiyimizə görə cmd-ni logon bölməsində çağıra bilmək üçün kiçik bir ad dəyişkliyi edərək Magnify adlı köməkçi alətin imkanlarında yararlanacağıq . Aşağıdakı əmrləri doğru şəkildə icra edərək, dəyişiklikləri tamamlayıb sistemi yenidən başladıb normal modda açılmasını təmin edirik.

ren cmd.exe cmd.old
ren Magnify.exe cmd.exe
ren cmd.old Magnify.exe

DC_Pass_reset_04

5. Sistem açıldqdan sonra Easy of Access bölməsinə daxil oluruq.

DC_Pass_reset_05

6. Magnifier bölməsini seçib OK düyməsi ilə əmrin icrasını tamamlayırıq.

DC_Pass_reset_06

7. Gördüyümüz kimi artıq Magnify.exe adlı alət bizim üçün ehtiyac olan cmd alətinə çevirilib. Artıq burdan sonra edəcəyimiz işlər daha sadə addımlardır. CMD üzərində mmc dsa.msc əmrini daxil edərək Active Directory Users and Computers bölməsini çağırmış oluruq.

DC_Pass_reset_07

8. Sıra gəldi Administrator şifrəsinin yenisi ilə əvəz olunmasına.

DC_Pass_reset_08

9. Ehtiyac duyduğumuz şifrəni daxil edirik.

DC_Pass_reset_09

10. Şifrənin dəyişdirildiyinə dair informasiya pənəcərəsi ilə qarşılaşırıq.

10

Artıq Doman Administrator şifrəsinin dəyişdirlməsini tamamladıq.

11. İndi isə yenidən sistemi restart edərək Recovery moda (Repair your computer) keçid edib Command Promt bölməsinə daxil olub (Mövzudakı 1,2,3-cü addımların təkrarı), dəyişikləri əvvəlki vəziyyətinə geri döndəririk.

ren Magnify.exe cmd.old
ren cmd.exe Magnify.exe
ren cmd.old cmd.exe

DC_Pass_reset_11

12. Serveri yenidən normal modda açdıqdan sonra Magnify alətinin normal çalışdığını görürük. Yeni şifrəmizi daxil edərək sistemə keçid edə bilərik.

DC_Pass_reset_12

İnanıram ki, bu kiçik məqaləmiz bir çox dostlarımız üçün yararlı olacaq. Başqa bir məqalədə görüşmək arzusu ilə. Mövzu ilə bağlı sualların forum üzərindən verilməsi xahiş olunur.

Elgüc Yusifbeyli

_________________

MCT

Müəllif hüquqları qorunur.

Baxılıb :1759

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.