Sertifikatlar Haqqında
February 2, 2010 by: Elgüc YusifbəyliİT Sertifikatları Haqqında.
İT dünyasının sürətlə inkişaf etməsi öz bərabərində inkişaf etmiş İT Mühəndislərinə tələbatı artırmışdır. İT sahəsində Sertifikatlara önəmli dərəcədə yer verildiyi üçün Sertifikatlı Mühəndislərədə iş dünyasında daha çox yer verilməkdədir. Bu da bir sözlə rəqabət və keyfiyyəti artırmışdır. Dünyada bir çox böyük şirkətlər və qurumlar tərəfindən sertifikatlar verilməkdədir.Demək olar ki, bunlar arasında İT sahəsində ən çox tanınan Microsoft və Cisco şirkətləridir.
Microsoft Sertifikatları haqqında.
Microsoft dünyada sistem sahəsində ən böyük bazara sahibdir. Microsoft sertifikatlarını iki yerə ayırmaq olar.Sistem və Proqramlaşdırma.
Sistem üzrə mütəxəssis: Bu sahə üzrə mütəxəssislər server, şəbəkə sistemləri üzrə hazırlıq görmüş kadırlardır.Bir firmada system və şəbəkəyə nəzarət edə bilərlər.
Proqramlaşdırma üzrə mütəxəssis: Microsoft .NET üzrə yüksək dərəcə inkişaf etmiş mütəxəsisslərdir.
MCP – Microsoft Certified Professional
MCSA – Microsoft Certified Systems Administrator
MCSE – Microsoft Certified Systems Expert
MCAD – Microsoft Certified Application Developer
MCSD.NET – Microsoft Certified Solution Developer
MCDBA – Microsoft Certified Database Administrator
MCSE – ünvanları
Systems Analyst
Systems Engineer
Systems Manager
Network Engineer
Network Administrator
Network Analyst
Network Technician
Project Leader
Project Manager
IT Manager
Network Security Manager
Information Technologie Engineer
Information Systems Administrator
Technical Consultant
MCT (Microsoft Certified Trainer)
Cisco Sertifikatları haqqında.
Dünyada şəbəkə sistmlərinin ən təhlükəsiz və güvənilir şəkildə idarə olunmasında isitfadə olunan və bir sözlə şəbəkə sistemlərinin özəyinin 80% dən çoxunu təşkil edən Cisco şəbəkə avadanlıqlarıdır. Cisco sistemləri dünyada yüksək keyfiyyətinə və təhlükəsizliyinə görə seçilir.
CCNA – Cisco Certified Network Associate
CCNP – Cisco Certified Network Professional
CCSP – Cisco Certified Security Professional
CCDA – Cisco Certified Design Associate
CCDP – Cisco Certified Design Professional
CCNA-CCNP ünvanları
Network Expert
Network Administrator
Network Security Manager
Project Leader
Project Manager
Technical Consultant
IT Administrator
IT Manager
Bundan başqa Linux , Oracle , Sun , HP , İBM , Fortinet , və başqa sistemlər üzrədə sertifikatlar mövcuddur.Dünyada İT üzrə belə çox firma və qurumlar mövcuddur. Mən sadəcə burda qısa olaraq bəzi Serifikatlar haqqında məlumat verdim.Məqsədim azda olsa İT dünyasına yeni qədəm qoymuş dostlarımızı bilgiləndirmək.
Elgüc Yusifbəyli
İT Specialist
____________________________
Müəllif hüquqları qorunur.
Not: Saytda Qeyd olunan Məqalələr müəllif adı və sayt adresi qeyd olunaraq başqa saytlarda paylaşıla bilər





Təşəkkür məlumata görə.
Amma nədənsə Azərbaycanda da Bu Tipli Sertifikatların alınması üçün müvafiq yerlərə müraciet etdikdə qiymətlər od tutub yanır.
Məhz buna görə də zəif inkişaf hiss olunur yeni istedadlı kadrların ortaya çıxarılmasında.
Salam.Heç narahat olmağına dəyməz.Çunki son vaxtlar əksər tələbələr dump-lardan oxuyub imtahandan keçir.Bu da həqiqi Sertifikat alan mütəxəssislərimizi bir az çətinliyə salır.Amm iş əsnasında təcrübə öz sözünü deyir.Ən əsas təcrübə toplamaqdır.
Əgər bir çətinliyiniz olsa bacardığım qədər suallarınızı cavab verməyə çalışaram.
Uğurlar
Hey, nice post, really well written. You should write more about this.
Çox sağ ol Elgüc qardaş.
@Jammie Gibboney
You are Welcome;)
Sagol mene de ele bu lazim idi.Hamisini yazmisan cox genis sekilde.Tesekkurler.