DNS Server Haqqında

February 2, 2010 by: Elgüc Yusifbəyli

DNS Server 2003

DNS (Domain Name System)

DNS əsas funksiyası host adlarını (msl Yusifbeyli.com) İP adreslərinə(77.92.140.186) çevirməkdir. Digər önəmli özəlliklərindən biridə sisteminizdə Active Directory istifadə olunacasa mütləq DNS –ə ehtiyac var. Nə üçün? Birincisi Active Directory qarışıq adlandırma standartından istifadə edir. İkincisi isə Active Directory sorğulayıcıları, Active Directory bazasındakı məlumatları əldə etmək üçün DNS sorğusundan istifadə edirlər.DNS Server ilk dəfə İnternet üçün isitifadə olunmuşdur. 1984 – cü illərədək Host faylı ilə adlar çevrilirdi. Amma İnternet dünyası inkşaf etdikcə host faylı ilə ad çevirmə artıq mümkünsüz hala gəlmişdir.DNS sistemi tqrb. 1984 –cü idən bəri istifadə olunmağa başlayıb. DNS ,Domain Namespace aşağıdakı qurluşu isitfadə edir.

Domain Namespace: Root – Domain, Top – Level Domain, Second – Level Domain, ve Sub – Level Domain.Msl: yusifbeyli.com da “com” Top – Level Domain, “yusifbeyli” ise Second Level – Domain, www. yusifbeyli.com/forum (forum.) Sub – Level Domain olacaq.

DNS Serverin Sazlanması

Windows 2003’də DNS Server servisini yükləmək üçün ilk öncə 2003 server diskini sürücüyə yerləşədiririk və şəbəkə kartına

bir statik  ip verrik( şəkil 1. ).Statik İp mütləqdir.

Şəkil 1

Sonra Control Panel-dən Add/Remove Programs-ı çalışdırdıq dan sonra, ardından açılan pəncərədən “Add/Remove Windows Components“ seçilir. Qarşımıza çıxan pəncərədən “Networking Services“ seçilərək “Details“ butonuna basılır. Burada Domain Name System (DNS) seçilərək yüklənir(Şəkil 2.).

Şəkil 2

Yükləmələr tamamlandıqdan sonra Administrative Tools bölmündən DNS servisimizi çalışdırdıqda aşağıdakı pəncərə ilə qarşılaşacaqsınız (Şəkil 3).

Şəkil 3

Zone Type (Zon Tipleri)


Şəkil 4

Zona anlayışı əhatə etdiyi adları təmsil edər(məs. Yusifbeyli.com).

Primary Zone : Əsas zonadır və bütün əsas məlumatlar bu zona içərisində saxlanır. Məs. Bizim Zona adı yusifbeyli.com DNS içində yusifbeyli.com adı ilə bir Primary Zone yaradıldığı üçün istifadə olunmaqdadır.

Secondary Zone : Əsas zonanın bir kopyasını özündə saxlayan zonadır. Secondary Zone read only (oxuna bilən) olduğu üçün bütün dəyişikliklər Primary Zone üzərində edilir. Secondary Zone-nın müsbət cəhəti böyük şəbəkə sistemlərində balansı tarazlaması və backup rolu oynamasıdır.

Stub Zone : Primary Zone içindəki A , SOA ve NS qeydiyyatlarının bir kopyasını öz içərisində tutar və secondary zone kimi read only-dir. Bu üç qeydiyyat Glue Record adlanır.

Stub Zonanın Secondary Zonadan fərqi: Secondary Zone Primary Zone –nın bütün kopyasını özündə saxlayır amma yuxarıda qeyd etdiyimiz kimi Stub Zone Primary Zone içindən ancaq A , SOA ve NS qeydiyyatlarının bir kopyasını özündə saxlayır və əsasən WAN trafikinin böyük olduğu şəbəkələrdə WAN trafikini önəmli şəkildə azaldır. DNS server bir qayda olaraq UDP portdan istifadə edir amma Stub Zone TCP port istifadə etdiyi üçün böyük paketləri daha az vaxtda və daha sürətli transfer edir. Stub Zone Active Directory –nın Replication özəlliyini istifadə edə bilər amma Secondary Zona bu imkana malik deyil.

Ən sonda isə Store the zone in Active Directory (Şəkil 4.) bölməsinin passiv şəkildə olmasına səbəb Sistemimizdə Active Directory quruluşunun mövcud olmamasından qaynaqlanır. Normalda bütün DNS qeydiyyatları Windows \ System32 \ DNS altında saxlanır. Əgər Zona yardan vaxt Store the zone in Active Directory bölməsi də qeyd olunarsa DNS qeydiyyatları Active Directory içərisində saxlanacaq.Bu tip zonalar Active Directory Integrated Zone adlanır və daha təhlukəsiz və güvənilirdir. Zonaların yaradılması haqqında məqaləmizin ikinci bölməsində danışacağıq. İnanıram ki bu məqalənin sizə bir yararı toxunmuşdur. Bəzi İT terminlər dilimizə çətin tərcümə olunduğu üçün çalışdım ki, sözləri İT dünyasına uyğun şəkildə təqdim edim.


DNS (Domain Name System)  (II)

Məqaləmizin  birinci  hissəsində DNS  server  servisinin  necə yükləndiyinə baxmışdıq.Bu  məqaləmizdə isə DNS   serverin  başaqa  özəllikləri  haqqında  danışacağıq.

Caching  –Only  Server: Bu  cür  DNS  serverlər  özündə hər  hansı  bir  Zona  qeydiyyatlarını   saxlamaz.  Bu  cür   serverlər  Clientlərdən  gələn  Host‐İp  adlarını  çözər  və bir  daha  clientlərdən  eyni  adlı  Host‐İp  adına  müraciət  olunarsa  artıq   lokal  DNS  server   İSP  –nin  (Internet  Service  Provider)   DNS  serverinə sorğu  göndərmədən  öz  Cache‐indən  Clientə cavab  göndərir.  Bu  adlar  müvvəqəti  olaraq  DNS  Serverin  Cache‐ində  saxlanır  (TTL  Time  –To‐ Live)  və bir  müddət  sonra  silinir  və bu  proses  daima  təkrarlanır.Əgər   Cached  Lookups bölməsini  görmürsunuzsə View menyusundən  Advanced bölməsini    işarələməniz  yetərli  olacaq(şəkil 1- şəkil 2.).Cache‐i  təmizləmək  ücün  DNS  serever  üzərində sağ düymədən   Clear  Cache seçə bilərsiniz(şəkil 3.).

Şəkil 1

Şəkil 1

Şəkil 2

Şəkil 2

Şəkil 3

Şəkil 3

Forwarder : Forwarder adresləri  lokal  şəbəkədəki  DNS  serverlərin  internet əlaqəsini  və yuxarda  qeyd  etdiyim  kimi  Clientlərdən  gələn  Host‐İp  adlarını  çözər.Clientlərdən  gələn  sorğunu  ilk  öncə DNS  server  öz  Cache‐ində axtarar,  əgər  cache  –də istənilən sorğu  mövcud  deyilsə,  DNS  server  bu  sorğunu  Forwarder  adreslərində və ya  Root  Hints –lərə yönlədirir.Nəticə etibarı  ilə Forwarder yönləndirmə rolunu  oynayır.

Msl:  Əgər  biz  internetə ADSL  xətti  ilə bağlanırıqsa  onda  bizim  Forwarder  adreslərimiz  Adsl  Xidməti  göstərən  İSP  –nin  DNS  serverləri  olmalıdır.Əgər  Forwarder  bölümünədəki  DNS  server  adresləri  düzgün  daxil  olunmasa  onda  daxili  şəbəkədə internet  stabil  işləməyəcəkdir.  Forwarder  adreslərini  daxil  etmək  üçün  DNS  server  üzərində sağ düymədən  Properties (Şəkil  4.)  sonra  isə   Forwarders (Şəkil  5.) bölməsindən  Add düyməsi  vasitəsilə  İSP  –nin  ip  adreslərini  əlavə edə bilərik.  Do  not  recursion  for  this  domain bölməsi  qeyd  edilərsə  İP  adres  yerinə  əlavə etdiyimiz  İP  ad  çevirmənı  ləvğ edəcək

Şəkil 4

Şəkil 4

Şəkil 5

Şəkil 5

Root  Hints: Standart   olaraq  DNS  adlarını   sorqulamaq  üçün  bu  bölümdə bəzi  DNS  Serverlərin  adresləri  mövcuddur(Şəkil  6.).Bu  DNS  Server  adresləri  İnterNİC  tərəfindən  yaradlımış və dunydaki  bəzi  Master  DNS  Serverlerin  adresləridir.  DNS  serverlərdən  istədiyimizi  silə bilər  və ya  Copy  from  Server duyməsi  vasitəsilə yeni  server  adresləri  əlavə edə bilərik.

Şəkil 10

Şəkil 10

Interfaces  bölməsi: DNS  server  qurulu  olan  system  üzərində bir  neçə İP  istifadə ediriksə bu  İP‐lərə gələn  bütün  DNS  sorğularını   bu  DNS  Server  tərəfindən  cavblandırmağını  istəyiriksə bu   menyudan  “All  IP  addresses” seçərək  istəyimizə nail  ola  bilərik.  Yox  əgər  istədiyimiz  bütün  DNS  sorğuları  tək  İP   adres  tərəfindən  cavablandırılacaqsa   “Only  the  following  IP  addresses” bölməsinə istədyimiz  İP  –ni  daxil  edirik.

Advanced  bölməsi:

Disable  recursion‐ Bu  bölmə aktiv  edilərsə ad  çevirmələri  üçün  digər  DNS  serverlərə müraciət  etməsini  əngəlləmiş oluruq.

BIND  secondaries‐ Bu  bölmə normalda  aktivdir.Zonaların  Master  DNS  serverdən  Secondary   DNS  Serverə sürətli  transfer  etmsinə kömək  edir.

Fail  On  Load  If  Bad  Zone  Data‐Bu  bölmə aktiv  edilərsə Zona  içərisndəki  xətaları  tapıb,  bu  xətaların  loqlarnı  tutar  və xəta  içərən  zona  fayıllarını  istifadə etməz.

Enable  round  robin‐Adı  eyni  olan  amma  İp  adresləri  fərqli  olan  birdən  çox  server  arasında  yük  tarazlama  “load   balancing” işini  görur.

Enable  netmask  ordering‐ Birdən  çox  Şəbəkə kartı  olan  Komuputerlərdə sorğuların  DNS  Server  tərəfindən  necə aydınlaşdıracağına  qərar  verir.

Secure  cache  against  pollution‐Bu  bölmə DNS  Serverin   Cache`də nə qədər  məlumat  saxlayacağını  təyin  edir.Bu  bölmə seçilməyibsə sadəcə son  sorğuyu  Cache`də saxlaycaq.

Şəkil 7

Şəkil 7

Debug   Logging  bölməsi: DNS  Serverin  bütün  loqlarını  burdan  təyin  edə bilərsiniz.

Event   Logging  bölməsi: DNS  Serverdəki  xətaları  və xəbardarlıqları  işarə edə bilər  və

Computer  Managment  bölməsindən   Event   Logging  –DNS   Server  seçərək  təyin  etdiyinz  loglar  vasitəsilə xətalara  asanlıqla  nəzarət  edə bilərsiniz.

Monitoring   bölməsi: DNS  Serveri  və Forward  olunmuş DNS  serverleri  sorulamaq  üçündür:  Hər   iki  seçənək  seçilərək  sorğu  gerçəkləşdirilə bilər.  Misl:  Forward  bölməsinə əlavə etdiyiniz  DNS  Serverin  cavab  verib  vermədyini  yoxlamaq  üçün   Monitoring bölməsindən  `  A  recursive  query    to  other  DNS  Server` seçib   Test  Now düyməsinə  vurun. Əgər  Pass  isə sorğu  qəbul  olunub,  əgər  Fail  isə sorğu  qəbul  olunmayıb  və ya  daxil  etdiyiniz  Forward   DNS  Serverdə problem  vardır.

Zonaların  sazlanması

Forward  Lookup  Zone: Host  adlarını  İP‐adresinə çevirir  (Client01  =172.16.2.11)və əsas

zona  qeydiyyatlarını  özündə saxlayır(Şəkil  7.).

Reverse  Lookup  Zone: İP  adreslərini  host  adlarına  çevirir(172.16.2.11=  Client01)(Şəkil  8.).

Şəkil 8

Şəkil 7

Şəkil 9

Şəkil 8

Primary  Zone  –nın  sazlanması  :

Forward  Lookup  Zone  üzərində sağ  düymədən  New  Zone  seçərək  aşağıdakı  addımları  izləyirik.

Şəkil 9

Şəkil 9

Şəkil 10

Şəkil 10

Şəkil 11

Şəkil 11

Şəkil 12

Şəkil 12

Zona  adını  əlavə etdikdən  sonra  Next  düyməsi  ilə davam  edirik.Şəkil  11  də Use  this  existing  file bölməsi,  mövcud  olan  Zona  faylını  \system32\Dns  altından  əlavə etmək  üçündür.Backup  alınmış DNS  server  faylını  bu  vasitə ilə yükləmək  olar.

Şəkil  12  –dəki  Dynamic  Update menyusunda  üç  seçənək  mövcuddur.Birinci  seçəcəyimiz  menyunun  Domain  qurluşu  olmayan  bir  sistem  istifadə etdyimiz  üçün  passiv  olmasıdır.amma  yenədə seçənəklər  haqqında  qısa  məlumat  verək.

Allow  only  secure  dynamic  updates: Bu  bölmənin  aktiv  olması  üçün  Daha  öncə Zona  adı  yaratdığımızda  (Şəkil  9. və ya  Məqalənin  birinci  hissəsi  Şəkil  4. )  Store  the  zone  in  Active  Directory bölməsi    qeyd   olunmalıdır.Bu  bölmə seçilərsə  ancaq  Zona  adı  altına  daxil  olan  qeydiyyatlar  DNS  bazasında   avtomatik  qeydiyyat  olacaqdır.

Allow  both  nonsecure  and  secure  dynamic  updates: Zona  adı  altına  daxil  olan  və olmayan  bütün  sistem  qeydiyyatlarını,  DNS  bazasına   avtomatik  qeydiyyat  edəcəkdir.Bu  da  DNS  Zona  altında  bir  çox  lazımsız  qeydiyyatların  yaranmasına  və bir  neçə vaxtan  sonra  DNS  serverdə bəzi  problemlərin  çıxmsına  səbəb   olacaqdır.

Do  not  allow   dynamic  updates: Bu  bölmə heç  bir  update ‐ə icazə vermir.burda  DNS  recordları  manual  olaraq  update  etməliyik.

Finish  düyməsi  ilə əməliyyatı  sona  çatdırırıq.

Resource  Record(Qeydiyyat  Tipləri): Bir  çox Resource  Recordlar  mövcuddur.Dns  bazası  içərisində bu  recordların  nə funksiya  daşıdığını  öyrənək.

1.  Host(A)  Record: Ən  çox  istifadə olunan  qeydiyyat  tiplərindən  biridir.Komputer  adını  İP  –  adresinə çevirər.  Host(A)  qeydiyyat  tipi  yaratmaq  üçün  Zona  üzərindən  sağ düymə ilə  Yeni  Host(A) seçilir  (Şəkil  13.)   və Zona  bazasında  yaradılacaq  Host  adı  daxil  edilərək   Add  Host düyməsilə qeydiyyatımızı  yaratmış oluruq(Şəkil  14.).  Create  associated  pointer  (PTR)  record bölməsini  işarələsək  Reverse  Lookup  Zone  içində  (A)  qeydiyyatı  üçün  bir  PTR  qeydiyyatı  yaradılmış olacaq.

Şəkil 13

Şəkil 13

Şəkil 14

Şəkil 14

2.PTR  (Pointer)  Record: Reverse  Lookup  Zone  altında  yaradılmış Zona  bazası  üzərində sağ düymə ilə New  Pointer   (PTR)  seçilərək   Host  İP‐si  yazılır  və Browse  düyməsindən  Host  adı  seçilərək  əməliyyat  sonlandırılır.

Şəkil 15

Şəkil 15

Şəkil 16

Şəkil 16

Alias(CNAME)  Record: Bu  qeydiyyat  tipi   xüsusiyyəti  bir  İP  Adresinə birdən  çox  host  adı  əlavə etməkdir.

Msl:  fullazportal.com  və yusifbeyli.com  eyni  İP Adresinə yönələdə bilərik  və pinglə test  etdiyimiz  zaman  2  başqa  domain  adlarının  eyni  İpyə yönəldiyini  görə biləri.Son  vaxtlar  Web  Serverlər  üzərində ən  cox  istifadə olunan  metoddur.Alias  (CNAME)  Record  yaratmaq  üçün  aşağıdakı  şəkili  izləyin  (Şəkil  17).

Şəkil 17

Şəkil 17

Mail  Exchanger(MX)  Record: Mail  Serverlər  (Exchange)  üçün  isitifadə olunan  qeydiyyat  tipidir. Şəkil  18.

Şəkil 18

Şəkil 18

DNS  haqqında  kiçik  də olsa  bu  məqaləmizin  sizin  üçün  yararlı  olacağına  inanaram.  Bəzi  İT  terminlər  dilimizə çətin  tərcümə olunduğu  üçün  çalışdım  ki,  sözləri   İT  dünyasına  uyğun  şəkildə təqdim  edim.Suallarınız   üçün  Forum.Yusifbeyli.com  –u  ziyarət  edə bilərsiniz.

Elgüc  Yusifbəyli

İT  Specialist

_______________________

Müəllif  hüquqları  qorunur

Not: Saytda Qeyd olunan Məqalələr müəllif adı və sayt adresi qeyd olunaraq başqa saytlarda paylaşıla bilər

Şərhlər

2 Şərhlər “DNS Server Haqqında”
  1. subhi says:

    PTR record-u yaradanda host-un IP adresi dedikde client nezerde tutulur?eger client-dirse client-e IP verilmir cox vaxdi..DHCP-den goturur.bes onda nece olur?birdeki PTR rekordu ne rol oynayir onuda yazsaydiniz ela olardi.DNS haqqinda birazda elave melumat qoya bilersiz?tesekkur edirem.Elave bir sualim PTR Record-unun olmasi temin elemek ucun Active Directory olmalidi?

  2. Salam.
    Client-ə İp vermək üçün iki metod istifadə edirik.

    1.Static – Yəni əllə daxil etdiyimiz İP Adresləri
    2. Dynamic – Yəni DHCP tərəfindən Avtomatik verilən İp adresləri

    Nəticədə Client – İki vəziyyətdədə İp almış olur. Yəni şəbəkədə komputerlərin bir biri ilə danışması üçün ip mütləqdir.

    DHCP -dən İp götürərkən biz yenə Client-ə DNS – Serverimizin İP Adresini göstərmiş oluruq(DHCP Server üzərindən).Yəni Client öz Recordlarını Dynamic Update etmiş olur.Yaxında DHCP məqaləmizdə bu sizə tam aydın olacaqdır.

    1. PTR – Pointer Record- u müəyyən mənadə A Record-un tərsi kimi başa düşmək olar. PTR – Pointer Record – Bir İp adresinə qarşılıq gələn adı bildirir.
    Yənə İp adresləri adlara çevirmək üçün istifadə olunur.
    Misal: Sizin şəbəkənizdə 192.168.1.10 ip adresindəki komputerin adını öyrənmək istəyirsinizsə, bir çox metod vardır.Bu metodlardan biri , sizin client komputer DNS – altında qeydiyyat edilibsə , yəni ona aid PTR -Record mövcuddursa ping -a 192.168.1.10 dedikdə həmin komputerin adını bizə göstərəckdir. Şəkil 8 -də qeyd olunub
    http://yusifbeyli.com/wp-content/uploads/2010/02/dns13.jpg.

    2.PTR – Pointer Record – Reverse Lookup Zone altından əlavə olunur.Nslookup əmrilə DNS- Serverlərin adlarını öyrənmək mümkündür. PTR-un əsas məqsədlərindən biridə böyük şəbəkələrdə olan mail serverlər üçün istifadə olunmasıdır.Yoxsa gələn maillər Junk altına düşəcəkdir.

    Bir məsələni yaddan çıxarmayaq. Active Directoriya hələ mövcud deyildir.Amma DNS mövcud idi.Yəni DNS üzərində bütün əməliyyatlarınızı Active Directoriya olmadan həyata keçirə bilərsiniz.PTR və onun kimi recordları təmin etmək üçün Active Directoriyaya ehtiyac yoxdur.Active Directoriya bir çox sorğularını DNS üzərindən həyata keçirir.

    Əgər əlavə bir sual olsa yazmaqdan çəkinməyin.Suallarınıza bacardığım qədər cavab verməyə çalışacağam.
    Uğurlar

Şərhini Bildir!