Google artıq Internet Explorer 6-nın dəstəkləməyəcək

February 3, 2010 by: Elgüc Yusifbəyli
Google şirkəti Internet Explorer 6 brauzerinin dəstəklənməsini dayandırır. Şirkətin bu addımına səbəb isə onun Gmail servisinə kiberhücum zamanı IE 6-nın zəif nöqtələrindən istifadə olunmasıdır.

May ayının 1-dən etibarən Google-in bəzi servisləri, o cümlədən Google Docs və Google Sites Internet Explorer 6 brauzeri ilə səhvlərlə işləyəcək.
Korporativ və fərdi istifadəçilərə “ən tez müddətdə” brauzerlərini yeniləmək və ya dəyişmək təklif olunur.
Qeyd edək ki, IE 6 ilə təxminən 20% istifadəçi işləyir.
Bununla yanaşı, McAfee antivirus şirkəti IE brauzerinin bütün versiyalarında, o cümlədən Windows 7-də quraşdırılmış versiyalarında da zəif yerlərin olduğunu qeyd edirdi.

Məlumat bazası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytından alınmışdır.

Filed under: Xəbərlər

Şərhlər

3 Şərhlər “Google artıq Internet Explorer 6-nın dəstəkləməyəcək”
  1. XEY says:

    movzunu nece quote ede bilerem?:)) copy protect var…)))

  2. Salam. Movzunu ancaq link kimi basga saytlarda vermək imkanınız var.Movzu başlığı üzerində sağ düymə açıqdır.Linkleri kopyalamaq mumkundur.

  3. Pwnage says:

    Coxdan Vaxtidir IE6 dan el cekmeyin.
    Hem buglarina gore.Menasi yoxdur fix+fix patch etmeyin.
    Hem MS-in brauzer bazarinda inhisarciliginin qarsinin alinmasinda.

Şərhini Bildir!