Windows 7-də Unudulan İstifadəçi Şifrəsinin Sıfırlanması

Yenidən xoş gördük. Bu məqaləmizdə, Windows 7 üzərində  istifadəçi şifrəsini unutduqda heç bir əlavə disk və ya proqram olmadan,  yalnız Windows 7 yükləmə diski ilə şifrəni ləğv etməyi izah etməyə çalışacağam.

Əvvəlcə qeyd etmək istəyirəm ki, Windows 7-də built-in Administrator hesabı təhlükəsizlik baxımından default  olaraq bağlıdır (disable). Windows yüklənən zaman yaradılmış hesab Administrator hüquqlarına malik isitifadəçi hesabı olur. Əgər bu isitifadəçi hesabına şifrə təyin edilibsə və şifrə yaddan çıxıbsa bu şifrəni heç bir əlavə disk və ya proqramdan istifadə etmədən ləğv etməyin 2 yolu var: 1-ci yol, əgər sistemdə digər bir Administrator hüquqlarına malik hesab varsa həmin hesabla sistemə daxil olub, şifrəsi unudulan istifadəçinin hesab şifrəsini ləğv etmək; 2-ci yol isə, sistemdə bağlı olan built-in Administrator hesabı ilə sistemə girməkdir. Bunların heç biri mümkün deyilsə başqa bir yolumuzda mövcuddur:

Bunun üçün sadəcə Windows 7-nin yükləmə diski kifayətdir.

Yəqin ki, Windows 7-də logon pəncərəsində ekranın sol tərəfində olan Ease of Access düyməsinə diqqət yetirmisiniz. Buradaki funksiyalar fiziki cəhətdən problemi olan insanların kompüteri istifadə edə bilməsi üçün nəzərdə tutulmuşdur.  Məqsədimiz, buradaki alətlərdən hər hansı birinin Command Prompt – (Komanda rejimi) pəncərəsini açmasını təmin etməkdir. Məsələn, Magnifier (böyüdücü) aləti.

1. Əvvəlcə Windows 7-nin yükləmə diskindən sistemi işə salırıq.

 

 Disk oxunmağa başladıqda 5 saniyə müddətində hər hansı bir düymə basılmalıdır. Əks halda yenə Windows açılacaqdır.

Hər hansı bir düymə basılıdıqdan sonra bir az gözləmək lazımdır…

2. Bu mərhələdə heç bir dəyişiklik etmədən Next ilə davam edirik.

3. Bu ekranda aşağıda olan Repair your computer seçib bir az da gözləmək lazımdır.

 

 4. Bu mərhələdə də heç bir dəyişiklik edilmir.  Next ilə davam edirik.

 

 5. Qarşımıza çıxan siyahıdan ən altdakı – Command Prompt seçirik. Komanda rejimi açılır.

 

6. Komanda rejimində aşağıdakı komandaları yazırıq. Hər sətrdən sonra Enter basılmalıdır.

 c:

 cd windows\system32 

 ren cmd.exe cmd.old 

 ren magnify.exe cmd.exe

 ren cmd.old magnify.exe

7. Command Prompt pəncərəsini bağlayıb, Restart basılır. Kompüter yenidən açılacaq.

 

8. Bu dəfə logon mərhələsində Ease of  Access menyusunu açıb siyahıdan Magnifier işarə edib OK basırıq.

Gördüyünüz kimi Magnifier (böyüdücü) əvəzinə Command Prompt (Komanda rejimi) açıldı.

9. Command Prompt açıldıqdan sonra net user Amin “” komandasını yazıb Enter basırıq.

Burada Amin mənim istifadəçi adımdır. Amin əvəzinə öz istifadəçi adınızı yazıdıqdan sonra “” Enter düyməsilə əməliyyatı tamamlayırıq. “” işarə boş şifrə olduğunu bildirir.

 

Bununla da biz Amin adlı istifadəçinin şifrəsini ləğv etdik.

Daha sonra Enter basıb heç bir şifrə tələbi olmadan sistemə logon ola bilərsiniz.

Lakin, yenidən Magnifier alətini bərpa etmək lazımdır ki, ehtiyac olanda istifadə etmək mümkün olsun. Bunun üçün başlanğıcda 1-5-ci addımları təkrar edirik.

Command Prompt açıldıqdan sonra aşağıdakı komandaları yazıb, hər sətrdən sonra Enter basırıq.

c:

cd windows\system32 

ren magnify.exe cmd.old 

ren cmd.exe magnify.exe

ren cmd.old cmd.exe

Artıq Magnifier aləti əvvəlki kimi “böyüdür”. ))

Ümid edirəm ki, hər kəs üçün yararlı məqalə olmuşdur.

Əmin Hüseynzadə (MCTS)

____________________

Müəllif hüquqları qorunur

Baxılıb :269

5 Responses to Windows 7-də Unudulan İstifadəçi Şifrəsinin Sıfırlanması

  1. Elvin Amirov says:

    Ela meqale, cox adama yardimi deyecek inshallah.. Bir tanishimin bashina gelmishdi, 3rd party ile reset etmishdim.. (Passwordu “nizamigəncəvi” qoymushdu amma butun versiyalarda yiqirdi alinmirdi :) )
    Sukani bele saxla..

  2. Eldar says:

    Cox gozel ve lazimi movzudu, parolunun unudan istifadeciler ucun cox gozel usuldu, zehnine quvvet …

  3. Cox sagolun dostlar! Sizlerin menevi desteyinin neticesidir…

  4. Çox sağol Əmin. Məqalən sadə və maraqlıdır. Adi istifadəçı belə bu problemi sənin məqalən vasitəsilə aradan qaldıra bilər.

  5. Gudret says:

    Halaldi!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Login