Server 2008 R2 üzərində Additional Domain Controller sazlanması (5)

Active Directory haqqındakı beşinci məqaləmizdə sistem idarəçiləri üçün vacib olan Additional Domain Controller’in sazlanması haqqında məlumat verməyə çalışacağıq. Additional Domain Controller (ADC) qurulmasında əsas məqsəd Active Directory strukturunun sabitliyini və daimiliyini təmin etməkdir. Hər hansı bir səbəbdən  Domain Controller’in çökməsi zamanı Master rolların Backup DC-yə (ADC) daşınaraq Active Directory xidmətinin sabitliyini və daimiliyini təmin etmiş olacağıq.  ADC -nin sazlanması  Dc-nin sazlanması ilə oxşarlıq təşkil edir. ADC üzərində DNS-lə bağlı dəyişiklər edərək  addımlarımıza başlayaq. Necə deyərlər step by step.

1. ADC qurulacaq server üzərində DC-nin   və öz lokal ip adresini (192.168.0.11=127.0.0.1) daxil edərək davam edirik. Əgər istəsəniz əməliyyatlar tamamlandıqdan sonra DNS IP-lərini  dəyişdirərək çarpaz şəkilə gətirə bilərsiniz.

2. Gördüyünz kimi ADC qurulacaq Server Domainə üzvdür. ADC-ni Domain’ə üzv edərək davam edrik.

3. Start-Run – Dcpromo – OK

4. Next

5. Existing forest – Add a domain controller to an existing domain seçirik

6. Next

7. Next

8. Next

9. Global-catalog bölməsinin qeyd olunması daha məqsədəuyğundur.

10. YES

11.Next

12. DSRM üçün şifrəni təyin edirik

13. Next -Reboot on completion bölməsini qeyd edərək əməliyyatlar tamamlandıqdan sonra Serverin restart olunmasını təmin edirik.

14. Sistemə daxil olduqdan sonra Active Directory Sites and Services bölməsindən hər iki server üzərində Replicate Now deyərək hər iki DC arasındakı əlaqəni doğrulayırıq. Əgər DC-lər fərqli bölgələrdə yerləşibsə, sizin bölgələr arası əlaqənizin sürətindən asılı olaraq replikasiya uzun çəkə bilər. Digər məsələ isə DC-ləri bir-birindən ayıran Firewall varsa iki DC arasındakı əlaqə üçün ehtiyac olan portların açıq olduğundan əmin olun. Replikasiya düzgün şəkildə gerçəkləşərsə aşağıdakı şəkildə gördüyünüz informasiya ilə qarşılaşacaqsınız.

15. Replikasiyalar tamamlandıqdan sonra Master DNS aid informasiyların bir kopyasının eyni ilə ADC üzərində avtomatik yarandığını  görürük.

16. İkinci şəkilə nəzər yetirdiyimiz zaman Srv2008-BDC adlı komputer  yəni qurduğumuz ADC artıq Active Directory struktrunun əsas hissələrindən birinə çevirildiyi üçün avtomatik olaraq Domain Controllers bölməsinə daşınıb.

Active Directory haqqında davam edən bir məqaləmizidə sonlandırmış olduq. Sizlər üçün yararlə olacağına inanıram. Başqa bir məqalədə görüşmək arzusu ilə.

Elgüc Yusifbeyli

____________

MCT

Müəllif hüquqlarına hörmətlə yanaşaq

Baxılıb :3442

3 comments

  1. deyerli melumatlari paylasdigin ucun tesekkur edirem

  2. Elgüc Müəllim fərqindəsinizsə bu məqalələrinizlə siz Azərbaycan IT tarixində bir ilkə imza atırsınız.Sizdən öncə buna heç kim cəhd etmiyib.Təbriklər.Uğurların dəvamlı olsun!

  3. Təşəkkür Elgüc müəllim

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.